"Qardaşım tez-tez yuxuma girir və sağ olduğunu deyir" - ermənilərin qətl etdiyi girov dəfn olunur

img

04-10-2014 [11:33]


İşğal olunmuş Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən öldürülmüş Həsən Həsənovun meyiti dəfn olunmaq üçün Bakının Binəqədi rayonuna aparılıb.

APA-nın dəfn mərasimini izləyən əməkdaşının verdiyi məlumata görə, H. Həsənovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən götürülüb. Cənazə götürülməzdən əvvəl qısa mərasim keçirilib. Mərasimdə "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirilib.
 
Mərhumun qardaşı Nail Həsənov bildirib ki, qardaşı tez-tez yuxusuna girir və sağ olduğunu deyir: "Bu gün Qurban bayramı qeyd olunur, qardaşım da vətən uğrunda qurban gedib”.
 
Mərhumun ruhuna dualar oxunduqdan sonra Azərbaycan bayrağına bükülmüş tabutu dəfn olunmaq üçün ailəsinin yaşadığı Binəqədi rayonuna aparılıb.  
 
Dəfn mərasimində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edəcək.
 
Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan hərbçiləri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixində qarşı tərəfdən alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA