Bürcləriniz bu günə nələri vəd edir? - Proqnoz

img

04-10-2014 [00:45]


QOÇ - Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gücünüzü işə salmalısınız. Günün ikinci yarısı fəaliyyətlə bağlı geniş imkanlarınız açılacaq. Bu isə maddi durumunuza müsbət təkan verəcək.

BUĞA - Risk etməyə lüzum yoxdur. Çünki hazırkı durumunuz ifrat əsəbiliyinizdən xəbər verir. Hirsli başla isə hansısa uğura çatmaq absurddur. Probleminizin həllini məmurlardan deyil, Tanrıdan istəyin.

ƏKİZLƏR - Kifayət qədər düşərli zaman kəsiyindən keçəcəksiniz. Bu prosesi daha ideal səviyyəyə yüksəltmək üçün ətrafınıza sadiq tərəfdaşlar toplamalısınız. Günün "ən varlı" zodiak işarəsi də siz olacaqsınız.

XƏRÇƏNG - Planetlərin bürcünüzdəki neqativ düzülüşü saat 12-yə qədər bütün ciddi işləri təxirə salmağı tövsiyə edir. Əks təqdirdə çoxsaylı uğursuzluqlarla rastlaşacaqsınız. Ətrafınızdakılar tərəfindən sevilməyə çalışın.

ŞİR - Passivlik müstəvisində qərar tutan ailə-sevgi münasibətlərinə yenidən baxın. Mümkün qədər bütün neqativlikləri minimuma endirin. Əsəbi vaxtlarınızda dostlarınız arasında, təbiət qoynunda sakitləşməyə çalışın.

QIZ - Ətrafınızdakı gərginlikdən usanmayın. Çünki bu gün sizi narahat edən əksər sahələrdə - qarşılıqlı münasibətlərdə, maliyyə məsələlərində, həmçinin fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz.

TƏRƏZİ - Maddi sıxıntılarınızın azalacağını bildirən ulduzlar səmimi və təbii olmağı, reallığa düzgün qiymət verməyi məsləhət görür. Ümumiyyətlə isə, fərdi fəaliyyətinizdə böyük dönüş baş qaldırmalıdır.

ƏQRƏB - Qarşınızda duran vəzifələrin öhdəsindən gəlmək, sizə güvənən insanların etimadını qazanmaq başlıca vəzifənizə çevrilməlidir. İş yerini dəyişmək fikrinə düşməyin. Axşam səhhətinizə fikir verin. 

OXATAN - İxtiyarınıza olduqca məsuliyyətli bir vaxt düşüb. Gün boyu çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız. Proseslərə neytral şəkildə yaxınlaşmaqla uğurlarınızı yaxınlaşdıra bilərsiniz. 

OĞLAQ - Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki bu istiqamətdə uğurlarınız yaxınlaşmaqdadır. Hazırda əsas məqsədi işgüzar sövdələşmələrə yönəldin ki, perspektivlərinizə yol açılsın. 

SUTÖKƏN – Saat 13-ə qədərki vaxtı səbrlə başa vursanız, qalan saatlarda hansısa xoşagəlməzlik olmayacaq. Çünki ulduzlar şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Sizə sadəcə, əzmkarlığı artırmaq lazımdır. 

BALIQLAR - Ulduzlar günboyu maraqlı insanlarla görüşəcəyinizi bəyan edir. Bu, işgüzar əməkdaşlıq da ola bilər, dostluq-yoldaşlıq da. Tərəfdaşlarınıza qərəzli şəkildə yanaşmayın, yalan vədlər verməyin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA