03-10-2014 [19:52]
ATƏT Parlament Assambleyasının Cenevrədə keçirilən (İşveçrə) payız sessiyasının (3-5 oktyabr) birinci günü Aralıq dənizi forumunda bir şox nümayəndə heyətləri, o cümlədən Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova və Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Gegamyan debatlarda çıxış ediblər.
Erməni deputatın Azərbaycandakı vəziyyətlə bağlı qeyri-obyektiv və qərəzli fikirlərinə cavab olaraq söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova müzakirə olunan məsələlərə, xüsusilə terrorizmlə mübarizə məsələsi ilə bağlı mövqeyini bildirib.
Bahar Muradova deyib ki, Azərbaycan Yaxın Şərqdəki terror aktlarında və hərbi əməliyyatlarda iştirak edən şəxslərin cəzalandırılmasını tələb edən ölkələrin mövqeyini dəstəkləyir:
"Hesab edir ki, biz dünyanın müxtəlif ölkələrində təzahür edən hər cür ekstremizmi kökündən məhv etməliyik”.
Bahar Muradova bildirib ki, iclasda Artaşes Gegamyanın (Ermənistan nümayəndə heyətinin rəhbəri) Bakıda terrorçu "İŞİD” döyüşçülərinin mühakimə olunması faktına istinad etməsi, əslində hüquqi dövlət kimi Azərbaycanda məhkəmə sisteminin düzgün işlədiyini göstərir.
"Mən cənab Gegamyanın yerində olsaydım, onun həmkarlarını Ermənistan parlamentində güllələyən və hakimiyyəti əldə etmək üçün onlardan istifadə edən şəxsləri mühakimə edərdim. Azərbaycan ekstremizm, terrorizmlə mübarizə aparan dünyəvi müsəlman dövləti kimi hər kəsə nümunə ola bilər”.
Azərbaycan nümayəndə heyətinin rəhbəri deyib ki, insanların Yaxın Şərq ölkələrindən ATƏT dövlətlərinin ərazisinə köçürülməsi detallı şəkildə öyrənilməlidir.
"Çünki Suriya ərazisində hərbi əməliyyatların aparıldığı ölkə olduğu üçün başqa ölkələrə köçürülmüş şəxslər özləri də terror aktlarında iştirak edə bilərlər.
Onların ATƏT ölkələrinə qarşı terror aktlarında iştirak etmə potensialı da var. Bu problem bizi çox narahat edir. Siz bildiyiniz kimi Ermənistan Suriyadakı ermənilərin Dağlıq Qarabağa köçürülməsi üçün müxtəlif vasitələrdən istifadə edir. Bu faktlar ATƏT-in sənədlərində də öz əksini tapıb. Əsas erməni terror təşkilatlarının Suriya və Livanda fəaliyyət göstərdiyini nəzərə alsaq, köçürülən şəxslərin bizim ölkəmiz və bütövlükdə region üçün təhlükə törədən ASALA təşkilatına üzv olmalaı ehtimalı da var.
Düşünürəm ki, biz suriyalı ermənilərin işğal olunmuş torpaqlara köçürlüməsinin və qanunsuz yerləşdirilməsinin qarşısını almalıyıq. Xüsusən qeyd olunmalıdır ki, bu, beynəlxalq humanitar normalara ziddir və azərbaycanlı köçkünlərin öz doğma evlərinə geri dönməsinə mane olur.
ATƏT-in Minsk qrupu həmsədrlərinin işğal olunmuş torpaqlarda demoqrafik strukturu dəyişməyə hesablanmış addımları dayandırmağı tələb edən çıxışlarının nəzərə alınmaması sülh danışıqlarını çətinləşdirə bilər. Təkrar edirəm, Suriyadakı situasiya, o cümlədən humanitar böhran dünyanın digər hissələrində, həm də Azərbaucanda vəziyyəti gərginləşdirməməlidir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi