İcra Hakimiyyəti müəllimləri topladı, fəxri fərman və qiymətli hədiyyələr verildi - FOTOLAR

img

03-10-2014 [17:40]


Oktyabrın 3-də Qaradağ rayonu, Sahil qəsəbəsi "Xəzri” şadlıq sarayında Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon komitəsi ilə birgə 5 oktyabr – Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirilib


Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, müavini Təranə İsmayılova, rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan təhsil işçilərinin bir qrupunun iştirak edirdi.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov ilk öncə bütün təhsil işçilərini 05 oktyabr – Beynəlxalq Müəllimlər günü və qarşıdan gələn Müqəddəs Qurban bayramı münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun adından səmimi qəlbdən təbrik etdi. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi təhsil sahəsinin də inkişaf etməyə başladığını, Azərbaycanın təhsil sisteminin beynəlxalq sistemə inteqrasiya olunduğunu qeyd etdi. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsini, təhsilin inkişafına, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması məhz müəllimlərimizin, təhsil işçilərinin zəhmətinə verilən qiymətin təzahürüdür. Ümumtəhsil ocaqlarının müasirləşdirilməsi və yeniləşdirilməsində Heydər Əliyev Fondunun da xidmətlərinin misilsiz olduğunu bildirdi.  "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər bu kimi tədbirlər  çərçivəsində respublikamızda yüzlərlə təhsil ocaqlarının tikildiyini, əsaslı təmir olunduğunu xüsusilə vurğuladı.

Öz növbəsində çıxış Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova rayonun məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işlərdən, 2013-2014-cü tədris ilində rayonun təhsil işçilərinin və tələbələrinin qazandığı uğurlardan danışdı. Xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğunu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd etdi.

Tədbirdə çıxış edən digər natiqlər, təhsil işçiləri göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.

Təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə rayon İcra hakimiyyətinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon komitəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olundular. 















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA