03-10-2014 [17:40]
Qarabağ müharibəsi veteranı, tanınmış ziyalı, Qarabağ Azadlıq Təşkilatı İdarə Heyətinin üzvü Vaqif Əlisoyu 60 yaşı tamam olub.
Qarabağ Azadlıq Təşkilatından verilən məlumata görə, Vaqif Əlisoy Qubadlı rayonunda anadan olub, ata-baba yurdu Cəbrayıl rayonunda yaşayıb, Vətəninə, Torpağına, Millətinə, Dövlətinə sədaqətlə xidmət edib, vicdanlı vətəndaş, ləyaqətli insan kimi şərəfli ömür yolu keçib, bu gün də etiqadından, əqidəsindən dönməyib, şərəf və ləyaqət yolunu davam etdirir.
"Vaqif bəy ötən əsrin 70-ci illərində Azərbaycan Pedoqoji Universitetində təhsil alıb. O, gənc yaşlarından gizli tələbə hərəkatına qoşulub, gizli tələbə təşkilatının üzvü olub. Bu təşkilat Azərbaycanın tarixi, milli dəyərlərinin, müstəqillik ideallarının təbliği ilə məşğul olub. Ali təhsilini başa vurduqdan sonra Kəlbəcər və Cəbrayıl rayonlarında müəllim kimi çalışıb.
Vaqif Əlisoy 1988-ci ildən başlayaraq Qarabağ, ərazi bütövlüyü və müstəqillik uğrunda mübarizənin ön sıralarında olub. 1988-1993-cü illərdə erməni işğalçılarına qarşı döyüşlərdə fəal iştirak edib. Cəbrayıl ərazi özünümüdafiə taburunun, həmin ərazidə fəaliyyət göstərən N saylı hərbi hissənin yaradılmasında fəal iştirak edib, həmin hərbi hissələrin rəhbərliyində olub. Cəbrayıl Ziyalı batalyonunun yaradılması, onun silah-sursatla təmin olunmasında fəal iştirak edib. 1991-1993-cü illərdə Əsir və girovların işləri üzrə Dövlət Komitəsinin Cəbrayıl rayon şöbəsinə rəhbərlik edib, yüzlərlə insanın düşmən əsirliyindən azad edilməsinə nail olub.
Vaqif bəy xalq hərəkatının rəhbərlərindən olub, AXC-nin Cəbrayıl rayon şöbəsinə başçılıq edib. 1990-cı il 20 Yanvar hadisələrindən sonra həbs edilib, 8 ay Rusiyanın ən sərt rejimli həbsxanalarında saxlanılıb, ölümlə üz-üzə qalıb, lakin sınmayıb, azadlığa çıxdıqdan sonra mübarizəsini davam etdirib. 1994-cü ildə AXC partiyaya çevrildikdən sonra təşkilatdan çıxıb, bitərəf olaraq Qarabağ uğrunda mübarizəsini Qarabağ Azadlıq Təşkilatı sıralarında davam etdirir”-deyə QAT-ın məlumatında bildirilir.
QAT sədri Akif Nağı Vaqif Əlisoyu yubileyi münasibətilə təbrik edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi