Cahangir Əsgərovun qızı və ispan kürəkəni - Fotolar

img

03-10-2014 [16:41]


"AZAL”ın prezidenti Cahangir Əsgərovun qızı və kürəkəni dünən paytaxt restoranlarından birinin açılışında iştirak ediblər.

Paytaxt elitasının qatıldığı möhtəşəm açılış mərasiminə Cahangir Əsgərovun qızı ispan həyat yoldaşı ilə birgə qatılıb.


Qeyd edək ki, Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərovun Cəmilə və Mila adlı iki qızı var. Onların hər ikisi Londonda yaşayır və Gazelli kosmetika şirkətinin Londonda yerləşən baş ofisində çalışırlar. Şirkətin Azərbaycan üzrə işlərini isə Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva reallaşdırır.


Cəmilə Əsgərova Gazelli Azerbaijan kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur. Onun ispan əsilli həyat yoldaşı Ignazio Coraci isə Azərbaycan Hava Yolları UK Limited şirkətinin katibidir. O, 2008-ci ildən etibarən burada çalışır. Cütlüyün Amadeo adlı oğlu var.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA