03-10-2014 [14:59]
İslamdünyası müqəddəs Qurban bayramını qeyd edir.
Editor.az Qurban bayramı ərəfəsində ölkə jurnalistlərinə "Bayramı harada qeyd edəcəksiniz” sualı ilə müraciət edib.
Sorğumuza qatılan qələm əhli bayramla bağlı təəssüratlarını Editor.az-a bölüşüblər.
Anar Yusifoğlu (Aktual.az portalı):
Bayram günləri doğulub boya-başa çatdığım Yardımlı rayonunda olacam. Qurban kəsməyi,ailəmlə birgə bayramı qeyd etməyi, doğmalarım, əzizlərimlə bayramlaşmağı nəzərdə tuturam. Allah hər birimizin kəsdiyi qurbanları qəbul etsin!
Rufik İsmayılov ("Kaspi” qəzeti:)
Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını, xüsusən də həmkarlarımı bu bayram münasibətilə təbrik edirəm. Allah kəsilən bütün qurbanları qəbul etsin!
Amin! Bayramı harada və necə keçirməyimə gəlincə, yəqin ki, ailəmlə birlikdə öz evimdə qeyd edəcəm. Aylıq zəruri xərclərdən sonra ailə büdcəm imkan versə, bir qoyun da alıb qurban kəsəcəm. İmkan olmayacaqsa, hamı kimi bayramı evimizdə qeyd edəcəm.
Elşad Paşasoy ("YeniMüsavat” qəzeti):
Əvvəlcə hər kəsin Qurban bayramını təbrik edirəm. Sözsüz ki, bayramı qeyd edəcəyik. Yaxınlarımızla birgə qurban kəsəcəyik. Eyni zamanda redaksiyamızda da qurban kəsib müqəddəs bayramımızı qeyd edəcəyik. Allah bütün qurbanları qəbul eləsin!
Dilqəm Əhməd ("Gündəlik Teleqraf” qəzeti):
Qurban və Ramazan bayramları ən sevdiyim bayramlardandır. Novruz qədər olmasa da, bu bayramlarda adətən 2-4 gün qeyri-iş günü olur. Bu baxımdan bayramın gəlməsinə məmnunam. Təəssüf ki, qoyun kəsməyə imkanım olmayacaq. Sadəcə müsəlmanbacı, qardaşlarımızı təbrik edəcəm.
Çingiz Sultansoy (Müstəqil jurnalist):
Bu yaxınlarda mənim iki yaxın qohumum – əmimin həyat yoldaşı və əmimoğlu rəhmətə gedib. Bu baxımdan Qurban bizim üçün qara bayramdır. Yəqin ki, bayram günləri onların məzarını ziyarət ecəcəyik.
Əfsələddin Ağalarov (Azxeber.com portalı):
Hazırda təhsilimlə əlaqədar Türkiyədəyəm. Təəssüf ki, Qurban bayramı günlərində Azərbaycanda olmayacam. Amma bayramdan sonra ölkəyə qayıtmağı nəzərdə tuturam. Lakin bundan öncəki illərdə Qurban bayramını ailəm və dostlarımla birgə qeyd edərdik.
Zaur Əhməd (Müstəqil informasiya agentliyi):
Başqalarını deyə bilmərəm. Mən bayramı evdə, ailəmlə, uşaqlarımla birgə qeyd edəcəm. Bayramla bağlı xüsusi planım yoxdur.
Nahid Canbaxışlı ("Veteninfo” informasiya agentliyi):
İlk olaraq bütün dünya müsəlmanlarının ən əziz bayramı olan müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edirəm! Qoy hər bir evdə qurban qazanı qaynasın! O ki, qaldı bayrama-həmişəki kimi evdə olacam.
Ədil Hüseynli (Bizimxeber.az portalı):
Bayramı həmişə olduğu kimi, bu ildə ailəmlə birgə qeyd edəcəm. Bayram günlərini doğulub boya-başa çatdığım Neftçala rayonunda olacam.
Səbuhi Abbasov (Xeber1.az portalı):
Mən açığı neçə ildir ki, Qurban bayramını evdə, ailəmlə bir yerdə qeyd edirəm. Yəqin bu il də ənənəni pozmayacağam. Krediti olanlara qurban kəsmək yasaq edildiyi üçün qurban kəsməyi nəzərdə tutmuram.
Günel Şükürova (Showlife.az portalı):
Müqəddəs Qurban bayramı mənim üçün ikiqat əlaqmətdar oldu. Bu bayram ərəfəsində həm də ailə qururam. Bu baxımdan həm bayrama, hə də toya hazırlaşıram.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi