İcra Hakimiyyəti 5 mindən çox ailəyə qurban paylayacaq, müavin danışdı - FOTOLAR

img

03-10-2014 [13:31]


Müsəlman dünyasının ən əziz bayramlarından olan Qurban Bayramı Azərbaycanda son illərdə böyük təmtəraqla keçirilir. Bu zaman hər bir insan öz xeyirhaq əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər. 


Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi təşkil olunub. 

Rayon İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, keçirilən tədbirlərdən biri rayonun 20-ci yaşayış sahəsindəki «Elay» restoranında təşkil olunmuş mərasim olub.

Tədbirdə Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev rayonda həyata keçirilər sosial yönümlü işlər barədə məlumat verib. Bildirilib ki, bu işlərlə yanaşı rayon sakinlərindən 4 nəfər həcc ziyarətinə göndərilib,  Qurban Bayramı ilə əlaqədar 2 gün ərzində Səbail rayonunda yaşayan şəhid ailələri,  Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə yerləşən 25 yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 5 mindən çox ailəyə qurban payları təqdim ediləcək.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA