Ermənilərin öldürdüyü Həsən Həsənov bu gün dəfn olunacaq

img

03-10-2014 [12:36]


"Hazırda 1 saylı Klinik Tibbi Mərkəzə ekspertizanın nəticələrinə görə gedirəm”.

Bu barədə Modern.az-a girovluqda öldürülən Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib. Onun sözlərinə görə, ekspertizanın nəticələri bu gün də, bir neçə gün sonra da açıqlana bilər. "Dəqiq vaxt deyilməyib. Nəşi də heç görməmişik. Ailədə hamı nigaran, narahatdır”.

"Artıq Həsən üçün evinə yaxın bir yerdə, Binəqədi qəbristanlığında yer götürmüşük. Dəfn orda olacaq”.

Qeyd edək ki, əslən Cəbrayıl rayonundan olan Həsən Həsənov bu ilin iyulunda işğal altındakı Kəlbəcər rayonunda girov götürülərək öldürülmüşdü. Onunla birlikdə Kəlbəcərə - dədə-baba yurdunu ziyarətə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev isə hələ də erməni girovluğunda saxlanılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA