03-10-2014 [12:26]
Anamın qəbrini çəkmək istəyirsiz? Yoxdu axı qəbir. Anam vəsiyyət elədi ki, mənim meyitimi yandırın, külünü isə şərqə tərəf səpələyin. Hardadı - ölüb, ya qalıb, bilmirəm, amma hardadısa, şərqdədi, şərq torpaqlarındadı”. Bunu deyib, göz yaşlarını saxlaya bilmir Flavia.
Bolonyadayıq. İtaliyanın bu əyalət şəhərində böyük bir sevgi hekayətinin qəhrəmanları olan italyan partizan qız Cina və onun azərbaycanlı sevgilisi, əslən Bakınan Balaxanı kəndindən olan Nuru Əliyevin sevgi dastanı barədə filmin çəkilişlərindəyik.
Bu hekayəti yəqin ki xatırladınız. Bir-birini dəlicəsinə sevən, min bir əziyyətlə evlənən, sonucda isə bir-birindən zorla ayrı salınan bu iki gəncin əhvalatı barədə yazmışdıq. Müharibədən sonra belə öz sevgilisinə qovuşmaq üçün İtaliyaya qayıtmaq istəyən, ancaq yoldaca həbs edilərək Sibirə göndərilən Nurunu Cina ömrünün sonuna kimi gözləyib. Amma ölümündən vur-tut 4 gün əvvəl Nurunun qızı Tatyana Bolonyaya gəldi, onunla görüşdü… Cina Nurudan düz 69 ildən sonra xəbər tuta bildi.
Nuru və Cinanın sevgi hekayətinə yerli media da biganə qalmayıb. Dünən filmin ilk çəkilişləri zamanı yerli "Bolonya”, habelə məşhur "La Repubblika”, "Le Sabato Sera” qəzetlərinin əməkdaşları da çəkilişlər gedən yerdə idilər. "La Repubblika”nın əməkdaşı Tizano Fusella bu sevgi hekayətinin artıq bütün İtaliyada dillərdə gəzdiyini, Azərbaycan tərəfinin İtaliya şirkəti ilə birgə sənədli film çəkilməsini alqışladığını bildirdi:
"Kimsə bu hekayəni kadra köçürməliydi, çünki zaman keçdikcə unudulacaqdı. Mən uzun illərdi Ginanı tanıyırdım. O, həmişə, hər dəqiqə Nuru haqda fikirləşib, həmişə onu gözləyib. Amma tale onların bir-birindən xəbər tutmasına imkan vermədi...”
Cinaın qızı çəkiliş zamanı daha bir şok olay barədə məlumat verdi. Hə, yuxarıda da dediyimiz kimi, Cina meyitinin dəfn olunmasını yox, yandırılmasını vəsiyyət edib. Qızları da vəsiyyətə əməl ediblər. Amma ölümündən qabaq Daniela anasından fikrini dəyişib-dəyişmədiyini soruşub. O isə…
- Əlini şərqə tərəf uzatdı. Dedi ki, bilirəm o tərəflərdədi indi. Ya qəbri, ya özü. Yandırın, külümü də o tərəfə səpələyin. Bəlkə…
Danışa bilmir hər iki bacı, həm Flavia, həm də Daniela Neqrini. Nəvəsi Barbara da onları sakitləşdirir…
Daniela anasının ikinci kitabını - "Küləklə sovrulanlar”ı çapa hazırladığı vaxtlar baş vermiş bir hadisəni danışdı: "Biz səhər onu nəşriyyata aparmalıydıq. Səhər yuxudan duran kimi dedi ki, kitabın adını dəyişək. Biz etiraz etmədik. Amma anam deyəndə ki, kitabın adını "Dəridəki ad” qoyuruq, mən heç nə başa düşmədim. Axı bu adın kitaba heç bir dəxli yox idi. Əksinə, kitabın adı onun həyatını tam əhatə edirdi. Amma anam israr etdi. Biz də etiraz etmədik”.
Flavia deyir ki, Gina həmin gün - Tatyana Nuru qızı Danilçenkoyla görüşdüyü gün bəlkə də 50 il cavanlaşdı. İnana bilmirdi, əlbəttə. Maraqlıdır ki, Tatyana ona Nurunun hər iki çiyninə döydürdüyü tatuirovka barədə danışdı. Dedi ki, atam sənin şəklini bədəninə, dərisinə döydürmüşdü. Yadımdadı, anama elə bir güc gəldi ki... Cəld kitab rəfinə tərəf gedib, kitabı götürdü və Tatyananı da, bizi də o an şoka saldı: "Dəridəki ad”. Onda, məhz onda mən və Daniela az qala dəli olacaqdıq. Axı Nuru həmin tatuirovkanı, Cinanın şəkillərini Sibirdə döydürmüşdü. Və Cinanın bundan xəbəri ola biməzdi. Bu nə idi belə? Möcüzə? Ya telepatiya?
Hər nə idisə, olmuşdu. Və başqa bir möcüzə də baş vermişdi. 69 ildən sonra o öz ərindən, sevgilisindən xəbər tutmuşdu. Və o, bu xəbərdən sonra cəmi 4 gün yaşadı. Sanki illər xəstəsi olan anam bu xəbəri gözləyirmiş”.
Cinanın yaxın dostu Mauro Olivi deyir ki, onu son mənzilə məşhur partizan mahnısı "Bella Chiao”nun sədaları altında bütün Bolonya yola salıb: "Hamı ağlayırdı. Sizi əmin edirəm, onlar bir insanın ölümünə yox, böyük və nakam sevgiyə ağlayırdılar...”
Səbuhi Məmmədli, "Lent.az".
Bolonya
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi