Bu icra başçısı hədəfə alındı - RƏSMİ YOXLAMA

img

03-10-2014 [11:15]


Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Palatadan verilən məlumata görə, dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Samur-Abşeron kanalı İstismarı İdarəsinə və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. 

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi qərara alınıb. Eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olununacaq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA