02-10-2014 [23:09]
Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə çox məzmunlu görüşümüz oldu. Biz Azərbaycan Prezidentinin müdrikliyinə, onun ölçülüb-biçilmiş siyasətinə və qarşılıqlı əlaqələri genişləndirmək əzminə bir daha əmin olduq.
Bu sözləri Azərbaycan Respublikasının Milli Məclisində keçirilmiş görüşdə ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası (RF) Federal Məclisinin Federasiya Şurasının (FŞ) sədri Valentina Matviyenko deyib.
Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli
münasibətlərin və parlamentlərarası əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd olunub.
V.Matviyenko deyib: "IV Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunduğuma görə təşəkkür edirəm,
FŞ-nin nüfuzlu nümayəndə heyəti gördüklərindən çox böyük təəssürat alıb. Bu, çox sanballı forumdur və mənə elə gəlir ki, bu forumun daim Bakıda keçirilməsinin əsas amillərindən biri müstəqil bir dövlət kimi Azərbaycana olan hörmət, onun xidmətlərinin dünyada tanınmasıdır”.
Azərbaycan-Rusiya münasibətləri məsələsinə toxunan Valentina Matviyenko qeyd edib ki, bütün sahələrdə Azərbaycan ilə münasibətlər Rusiya üçün strateji xarakter daşıyır.
V.Matviyenko deyib:
"Rusiya hər iki ölkənin parlamentləri arasında daimi dialoqun yüksək səviyyədə saxlanmasına böyük əhəmiyyət verir. Bundan başqa, Rusiya Federasiyası beynəlxalq məkanlarda da əməkdaşlığın genişləndirilməsinə maraq göstərir. Dövlətlərimiz arasında mütəmadi siyasi dialoqun yüksək səviyyəsi elə bir mərhələyə keçməyə imkan verib ki, artıq aramızda heç bir mübahisəli məsələ, narazılıq yoxdur. Tərəflər arasında meydana çıxan problemlər və çətinliklər xoş məramla həll edilir. Buna görə də biz Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə təkcə ikitərəfli mövqedən nikbinliklə yanaşmırıq. Bu gün Azərbaycan dünya siyasətində də getdikcə daha böyük rol oynayır və biz ümumi regionumuzda sülh, əmin-amanlıq və sabitliyin hökm sürməsini hamıdan çox istəyirik.
Rusiya ilə Azərbaycanı birləşdirən heç də təkcə strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq deyil. Bizi insani münasibətlər və əlaqələr birləşdirir, xalqlarımıza xas olan yaxşı nə varsa, onu qoruyub saxlamaq və inkişaf etdirmək səyləri birləşdirir”.
V.Matviyenko beynəlxalq səviyyədə əməkdaşlıqdan bəhs edərkən ilk növbədə MDB-nin Parlamentlərarası Assambleyasında çox fəal və konstruktiv iş apardığına görə Azərbaycan nümayəndə heyətinə minnətdarlığını bildirib. Sonda FŞ-nin sədri deyib:
"Biz həmçinin AŞPA-da ümumi mənafeyimizi qoruyuruq. Bilirsiniz ki, Rusiyanın nümayəndə heyəti Azərbaycan əleyhinə ədalətsiz qətnamələr qəbul etmək cəhdlərini heç vaxt dəstəkləməyib”. Milli Məclisin sədri Oqtay Əsədov V.Matviyenkonu yenidən Federasiya Şurasının sədri vəzifəsinə seçilməsi ilə əlaqədar təbrik edib və bildirib ki, Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin çoxillik tarixi kökləri var. O əminliklə qeyd edib ki, qarşılıqlı səfərlər və belə görüşlər ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar açır. Qeyd olunub ki, siyasi, mədəni, humanitar sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələrimiz genişlənir. Ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə artır. Azərbaycanda tədrisin rus dilində aparıldığı təqribən 300 ümumtəhsil məktəbi, MDU-nun filialı və Bakı Slavyan Universiteti fəaliyyət göstərir.
Qeyd edək ki, FŞ-nin sədri Oqtay Əsədovu 2015-ci ildə Rusiyaya rəsmi səfərə dəvət edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi