Mikayıl Cabbarov atdan yıxılıb - nazirin əsa ilə gəzməsinin təfərrüatı

img

02-10-2014 [21:34]


Xəbər verdiyimiz kimi, təhsil naziri Mikayıl Cabbarov bu gün IV Bakı Beynəlxalq Humanitar Forumuna əl ağacı ilə (kastel) qatılıb. Nazir çətinliklə yeriyirmiş və əl ağacının köməyindən istifadə edirmiş.

"Günpress.az" saytına nazirin ayağında yaranan problemin səbəb ilə bağlı məlumat daxil olub. Saytımıza daxil olan xəbərə görə, Mikayıl Cabbarov atdan yıxılıb və ayağını zədələyib. Mikayıl Cabbarov Gənclər və idman nazirinin müavini İntiqam Babayevlə at sürməyə gediblərmiş. Nazir müvazinətini itirdiyi üçün mindiyi atdan yıxılıb və nəticədə ayağı əzilib. Ona görə də qatılmaq məcburiyyətində qaldığı beynəlxalq tədbirə də əsa ilə gəlməli olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA