lham Əliyev 3 ölkənin sabiq prezidentlərini qəbul edib

img

02-10-2014 [21:32]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlersi qəbul edib.

ANS PRESS-in məlumatına görə, görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı. Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun xalqlar və mədəniyyətlər arasında dialoqun genişləndirilməsində rolu qeyd edildi.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Litva Respublikasının keçmiş Prezidenti Vitautas Landsbergisi qəbul edib.

Görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Artıq dördüncü dəfədir Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun mədəniyyətlərarası dialoqa verdiyi töhfə vurğulandı.

XXX

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçi qəbul edib.

Görüşdə IV Bakı Beynəlxalq Humanitar Forumunun beynəlxalq əməkdaşlığı genişləndirmək baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulandı, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi.

AzerTac

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA