02-10-2014 [17:35]
Bu gün Tribuna İnformasiya Agentliyinin 5 yaşı tamam olur. Artıq 5 ildir ki, www.tia.az saytında mütəmadi yenilənən internet qəzet müstəqil informasiya siyasəti həyata keçirən media orqanıdır. 2009-cu il oktyabrın 2-dən fəaliyyətə başlayan tia.az saytında Azərbaycanın və dünyanın siyasi, sosial-iqtisadi, ictimai mədəni həyatında olan yeniliklər haqqında operativ və obyektiv xəbərlər oxuculara çatdırılır. Həmçinin saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.
Qeyd edək ki, tia.az bu ilin oktyabrından tamamilə yeni formatda yenilənməkdədir. Həmçinin saytın kollektivində də müəyyən dəyişikliklər var. Saytın qurucusu və rəhbəri Əlişir Əhəd bildirib ki, əvvəlki kollektivdən bir-iki əməkdaş saxlamaq şərtilə, əksəriyyət dəyişib: "İndi ölkənin tanınmış jurnalistləri ilə işləyirik. Sentyabrın 1-dən etibarən müntəzəm yenilənməyə başlamışıq. Saytı bir növ portal halına gətirmişik. Ölkə mətbuatında gedən ən maraqlı xəbərləri, məqalələri saytda paylaşırıq. Bundan əlavə, sosial, siyasət, iqtisadiyyat sahələrində peşəkar jurnalistlər cəlb etmişik, özəl xəbər və mövzularımız olur”.
Ə.Əhəd qeyd edib ki, 5 il ərzində tia.az-ın ərsəyə gəlməsi, ayaqda durması, operativliyini təmin etməsi üçün xeyli əziyyət çəkiblər. "Heç bir iş asan başa gəlmir. Xəbərçilik, informasiya ilə təmin etmə məsələsi isə olduqca ağır və məsuliyyətlidir. Çünki bir xəbər agentliyi olaraq, oxucunu ölkədə və dünyada baş verən bütün hadisələrlə məlumatlandırırsan. Müasir dünya düzənində bunun nə qədər çətin olduğuni deməyə gərək yoxdur. Zövqlər, maraqlar, hər şey bir-birindən fərqlənir. Belə olanda, şübhəsiz əziyyətlərimiz də artır. Amma buna baxmayaraq, xeyli zövqlü və maraqlı işimiz var”.
Tia.az-ı ən minimal imkanlar hesabına yaratdığını deyən portal rəhbəri vurğulayıb ki ilk dəfə bu ideyanı reallaşdıranda iradlarla rastlaşıb: "Mənə deyirdilər ki, boş işlərlə məşğul olursan. Amma zaman keçdi, 5 ildən sonra həmin dostlarım, tanışlarım bu gün özləri xəbər portallarına rəhbərlik edirlər və ya orada işçi kimi çalışırlar. Kiçik resursla bu gün ölkənin sayğın, seçkin bir saytı olmuşuq. Təbii ki, bu günkü durumumuzla razı deyilik. Daha güclü, daha böyük auditoriyanı əhatə etməyə çalışırıq”.
Ə.Əhəd bildirib ki, yeni layihələrin üzərində çalışırlar. Onun sözlərinə görə, hazırda bir neçə yeniliklər ediblər. "Bir neçə yeniliklər etmişik. Bu yaxınlarda tia.az-ın yeni formatını hazırlamışıq, artıq istfadədədir. Bundan əlavə, bir sıra maraqlı layihələr də həyata keçirməyə hazırlaşırıq. Bu gün ölkə mətbuatında sayt bolluğu olsa da, bir sıra boşluq var. Məsələn, hazırda analitik yazılar və araşdırmaların sayı həddindən artıq azdır. Bu boşluğu doldurmaqda iddialıyıq. Dünyada və ölkədə baş verən proseslərin mobilliyini nəzərə alaraq, daha operativ xəbər yayımlamaq üçün yeni vasitələrdən istifadə edirik. Eləcə də, digər məsələlərdə də ciddi şəkildə öndə olmaq niyyindəyik”.
Əlişir Əhəd həmçinin internet medianın mövcud problemlərindən də danışıb. O deyib ki, faktiki olaraq həmin problemləri aradan qaldırmaq tək bir saytın imkanları daxilində deyil: "Bu gün saytların yaşaması, fəaliyyət göstərməsi üçün ciddi maliyyə resursuna ehtiyac var. Bu da əsasən reklam bazarı hesabına formalaşan bir məsələdir. Təəssüf hissi ilə qeyd etməliyəm ki, Azərbaycanda uzun illərdir reklam bazarı formalaşmayıb. Daha dəqiqi, burda da inhisar var. Həmçinin, bəzi dələduzlar peyda olub və onlar pul qazanmaq üçün bütün vasitələrdən istifadə edirlər. Məsələn, bu gün nüfuzlu, çoxsaylı oxucusu olan saytların adından sui-istifadə edən bir şəbəkə mövcuddur. Onlarla heç hüquq-mühafizə orqanları belə bacara bilmir. Belələrini, mətbuatdan rədd etmək lazımdır. Çünki belə adamlar mətbuatın normal qaydada inkişa etməsinin başlıca əngəlləridir”.
Sayt rəhbəri maraqlı bir məqama da toxunub. O deyib ki, indiyə qədər tia.az yazdıqlarına görə, cəmi bir dəfə məhkəməyə verilib. "5 il ərzində yazdıqlarımızdan dolayı cəmi bir dəfə məhkəməyə verilmişik. Bu hər sayta nəsib olan hal deyil. Ona görə yox ki, heç nə yazmadıq deyə, bizi məhkəməyə çəkməyiblər. Və ya Azərbaycanda məmurlar mətbuatla "mehriban” davranırlar. Əksinə, biz maksimum çalışmışıq ki, bütün tərəflərin mövqeyini verək ki, kimsə bizi məhkəmlərə verə bilməsin. Yəni, dürüst, dəqiq və obyektivliyimizdən dolayı başımız ağrımayıb”.
Ə.Əhəd qeyd edib ki, tia.az tərəfsiz fəaliyyə göstərəcək: "Bu, həmişə belə olub, indi də belə olacaq. Heç bir məmura, quruma bağlılığımız yoxdur. Siyasi tərəfkeşliyimiz də həmçinin.Tia.az-da müxalifətin də mövqeyi əksini tapır, hakimiyyətin də. Hər iki tərəfin fəaliyyətini əks etdirən xəbərlərə saytımızda yer ayırırq. Məqsədimiz oxucunu bir mənbədən informasiya ilə təmin etməkdir”.
Sayt rəhbəri onu da bildirib ki, yaxın zamanlarda sayta yeni əməkdaşlar cəlb olunacaq: "Yeni layihələrimiz də olacaq. Düzdür, hazırkı rəqabətli şəraitdə bu, çətin olacaq, amma çalışacağıq ki, saytımız öncüllərdən olsun. Yazılarımızda, xəbərlərimizdə obyektivliyə, tərəfsizliyə xüsusi önəm verəcəyik. Ölkənin qayda-qanunları çərçivəsində fəaliyyət göstərəcəyik”.
Redaksiya Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri "Kiv haqqında" qanunun müddəalarına uyğun olaraq əməkdaşlığa dəvət edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi