02-10-2014 [16:50]
Bakı Apelyasiya Məhkəməsində İran xüsusi xidmət orqanlarına əməkdaşlıq etməkdə ittiham olunan Hafiz Vəliyev və Ağamir Ağamirovun işi üzrə proses başlayıb. Prosesə hakim Vaqif Mursaqulov sədrlik edir.
Virtualaz.orgsaytı xəbər verir ki, H.Vəliyev vətənə xəyanət və narkotik maddələrinəldə edilməsi, satışı maddələri ilə, A.Ağamirov isə vətənə xəyanət və rəsmi sənədləri saxtalaşdırma maddələri ilə ittiham olunur.
Bu ilin avqust ayında Bakı Ağır CinayətlərMəhkəməsi onların hər ikisininbarəsində ömürlük həbs cəzası çıxarıb. Məhkəmə prosesi qapalı keçirilib.

Ads by CinPlus-2.5c×Day.az saytı Ağamirovun və Vəliyevin barəsində cinayət işinin materiallarından bəzi xülasələri yayıb. Orada deyilir ki, Bərdə sakini Hafiz Vəliyev 2013-cü il, mayın 11-də Heydər Əliyev Beynəlxalq Hava Limanında MTN əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərindən noutbuk və fləş-kart aşkar olunub.
H.Vəliyevə məxsus olan "KİA Sorento”avtomobilində 9,46 qram heroin, onun Bakının Nərimanov rayonu, Qədirbəyov küçəsində kirayə götürdüyü mənzilində isə fotoaparat, mini videokamera, fləş-kart, qələm formasında səsyazan qurğu və s. aşkar edilib.

İstintaq müəyyən edib ki, H.Vəliyev 2000-ciildə "Hacı” ləqəbi ilə İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub. Onu əməkdaşlığa İran vətəndaşı, Bakıda bizneslə məşğul olan və SEPAH zabiti olan Riyazi Bəhmən cəlb edib. H.Vəliyev həmin vaxtlar Bakıdakı müxtəlif sexlərə un məmulatları satırmış. Belə sexlərin birində o, Riyazi Bəhmənlə tanış olub. Bir neçə görüşdən sonra onların arasında yaxın münasibətlər yaranıb. R.Bəhmən ona SEPAH əməkdaşı olduğunu, bizneslə bu fəaliyyətini pərdələmək üçün məşğul olduğunu deyib.

Sonra o, H.Vəliyevə əməkdaşlıq təklif edib, sonuncu bu təkliflə razılaşıb. Onlar birlikdə R.Bəhmənin 28 may küçəsindəki ofisinə gediblər və Hafiz Vəliyev orada İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq üçün yazılı razılıq imzalayıb.
Həmin illər ərzində o, SEPAH zabitinin tapşırığı ilə müxtəlif adamları izləyib, materiallar toplayıb və ötürüb. Hər üç aydan bir "qonorar” alıb.

2003-cü ilin oktyabrında H.Vəliyev Riyazi Bəhmənin tapşırığı ilə İstanbula uçub, orada kafelərin birində SEPAH zabiti onu İran xüsusi xidmət orqanlarının digər əməkdaşı Əhməd Qaffari ilə tanış edib. Həmin adam özünü Həmid Bəhrami kimi təqdim edib. Bunun səbəbi o olub ki, SEPAH Riyazi Bəhməni Rusiyaya ezam edib, o isə yeni əməkdaşı Hafizlə tanış edib. Bir müddət sonra Ə.Qaffari Bakıya gəlib və H.Vəliyev onunla əməkdaşlığa başlayıb. O, müxtəlif dövlət strukturlarını izləyib və informasiya bazası yaradıb.
İstintaqın gedişindəAğcabədi rayonundan olan Ağamir Ağamirov da Hafizin verdiyi ifadə əsasında həbs edilib. Bildirilir ki, Ağamir Ağamirov həbs olunana qədər Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində baş müşavir işləyib.

Dindirmə zamanı o bildirib ki, H.Vəliyevlə Yasamaldakı çayxanaların birində tanış olub. 2013-cü ilin yanvarında Hafiz ona zəng edərək həmin çayxanada görüşməyi təklif edib. Görüş zamanı Hafiz Ağamirə deyib ki, Bakıda keçirilən müxtəlif dini aksiyalarda İsrail dövləti günahkardır. Hafiz bildirib ki, belə adamlar, yəni İsrailə işləyənlər vaxtaşırı olaraq Müdafiə Sənayesi Nazirliyində də olur.
H.Vəliyev A.Ağamirovdan Müdafiə Sənayesi Nazirliyində işləyən İsrail vətəndaşlarının pasportlarının surətlərini və fotolarını ona ötürməyi xahiş edib. A.Ağamirov bu məsələdə Hafizə kömək etməyə razılaşıb.


H.Vəliyevlə A.Ağamirovun apelyasiya şikayətinə sabah oktyabrın 3-də baxılmalıdır. Sensasion cinayət işinin digər təfərrüatları barədə məlumat verməyə çalışacağıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi