Beyləqanda hərbi qulluqçuların yola salınma mərasimi keçirildi

img

02-10-2014 [14:57]


Dünən Beyləqan şəhərindəki Heydər Əliyev meydanında Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yola salınması mərasimi keçirilib. 


Mərasim təntənəli marşın sədaları altında dövlət bayrağının meydana gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanıb. 

Tədbirdə hərbi xidməti başa vurmuş əsgər Zahid Şirinov silah və dəbilqəsini gənc əsgər Orxan Məmmədova əmanət edib.

Sonda müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçulara Beyləqan, Ağcabədi, Xocavənd və Füzuli rayonları icra hakimiyyəti rəhbərliyi və yerli əhali adından minnətdarlıq əlaməti olaraq hədiyyələr, hərbi hissə komandanlığının fəxri fərman, təşəkkür və valideynlərə minnətdarlıq məktubları təqdim edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA