Heydərli Məzahir: “Azərbaycanda siyasi məhbus yoxdur”

img

02-10-2014 [14:01]


Məlum olduğu kimi bəzi xarici dairələr Azərbaycan haqqında qərəzli və həqiqətə uyğun olmayan məlumatlar yayır. Bu sözləri açıqlamasında Fəal Gənc Heydərli Məzahir deyib.
Fəal Gənc bildirib ki, belə hesabatların və fikirlərinheç bir əsası yoxdur: "Bəs, bu böhtanların səbəbləri nədir, haradan qaynaqlayır? Belə fikirlər Azərbaycana təzyiq etmək, nə isə qoparmaq və inkişafının qarşısını almaq məqsədi güdür. Bu gün Avropa ölkələri böhrandan əziyyət çəkdikləri, mitinqlər dalğası ölkələri bürüdüyü, büdcələrin dağıldığı bir zamanda Avropa ailəsinin üzvü olan Azərbaycanın böhrandan kənarda qalması, dövlətimizin inkişafı bir çox ölkələrdə, müəyyən dairələrdə qısqanclıq yaradır. Onlar özlərinə sual edirlər ki, necə olur ki, ərazilərinin bir hissəsi işğal altında qalmasına, məcburi köçkün və qaçqınların olmasına baxmayaraq Azərbaycan inkişaf edir. Buna görə də Azərbaycan haqqında müxtəlif mənfi fikirlər yaradırlar. Bu fikirlərin arxasında erməni diasporu və erməni lobbisi, Azərbaycanı istəməyən qüvvələr dayanır.
Fəal Gənc həmçinin siyasi məhbus məsələsinə də aydınlıq gətirib: "Azərbaycanda siyasi məhbus yoxdur.Azərbaycanda yalnız müəyyən cinayət işləri görüb, özünüsiyasətçi donunda təqdim edənlər var. Onu müəyyənləşdirməyə çalışanlar bunu hansı meyarlarla etdiklərini özləri də bilmirlər. Hətta, qarışıqlıq yaradanların, hərcmərclik törədənlərin siyasi məhbus adlandırılması gülüncdür və bu gerçəkliyi əks etdirmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA