Kəlbəcərdə öldürülən Həsən Həsənovun meyiti qaytarıldı

img

02-10-2014 [13:24]


Həsən Həsənovun nəşi geri qaytarıldı.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində Azərbaycan Respublikasının Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində işğalçı ordunun hərbçiləri tərəfindən 2014-cü il iyulun 11-də qətlə yetirilmiş Azərbaycan Respublikasının vətəndaşı 1978-ciil təvəllüdlü Həsənov Həsən Fərman oğlunun nəşi oktyabrın 2-də qarşı tərəfdən alınıb.

Komissiyadan bildiriblər ki, insidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA