Erməni silahlı bölmələri atəşkəsi yenə pozdu - Nazirlik

img

02-10-2014 [10:26]


Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.  

Mia.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA