01-10-2014 [18:13]
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Mia.az-a müsahibə verib.
- Hafiz müəllim, Milli Məclisin son iclasında Avropa Parlamentinin Azərbacanla bağlı mövqeyi müzakirə olundu və sərt reaksiya verildi. Sizin bu məsələdə mövqeyiniz necədir?
- Avropa Şurasının, Avropa Parlamentinin Azərbaycana bu cür təpki göstərməsi ədalətsizdir və bunu pisləyirik. Həmin qurumların Azərbaycanda hər şeyi mənfi görməsi, ölkədə gedən proseslərə kölgə salması düzgün hal deyil. Avropa Şurasının Azərbaycanda öz əlaltıları var və onların ötürdükləri əsassız məlumatlara görə, belə bir rəy hazırlayıblar. Biz partiya olaraq, bu qərarı pisləyirik. Hər halda, bununla bağlı müvafiq qərarlar verəcəyik. Oktyabrın 12-də bəzi xarici qüvvələrin Azərbaycanda çaxnaşmaq yaratman niyyətilərinə etiraz olaraq, mitinq keçirməyi də planlaşdırırıq. Öz mövqeyimizi bildirməklə, xalqımızı maarifləndirəcəyik. Amma düşünürəm ki Avropa Parlamentinin bu cür basqıları yolverilməzdir. Azərbaycanda bir dənə erməni Leyla Yunus tutulub, elə bilirlər ki, buna görə Azərbaycan xalqı yasa batmalıdır.
Düşünürəm ki, burada hakimiyyətin bəzi qurumlarının da müəyyən günahları var. Düzgün izahat işi aparmayıblar, beynəlxalq aləmdə yetəri qədər təbliğat işi həyata keçirməyiblər. Tutulanların ermənilərin casusu olması və digər faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Digər siyasi məhbus adlandırılanların da konkret cinayət faktı ilə həbs olunduğu nəzərə çatdırılmalıdır.
Avropa Şurası, Avropa Parlamenti kimi təşkilatlar həmiş Azərbaycana ikili standartlarla yanaşıblar. Bu, yanlış anaşmadır. Azərbaycan müstəqil dövlətdir. Biz inkar eləmirik ki, ölkədə nöqsan yoxdur. Amma hər şeyir qara görmək düzgün deyil.
- Bu cür fikirlərinizdən sonra müxalifət tərəfdən hücumlara məruz qalırsınız. «Azadlıq» qəzetində Sizi həfədə alan köşə yazıları da dərc olunur. Bu barədə nə deyə bilərsiniz?
- «Azadlıq» qəzetində Xaliq Bahadır adlı bir köşə yazarı var. Bu adam son vaxtlar yaman qaşınır. Görünür, Əli Kərimlinin yannda otrumaqdan xəstəlik ona da keçib. Ancaq bilsin ki, onun dərmanı məndə var, lazımdırsa, müalicə də edərəm. Xaliq Bahadır bilməlidir ki, kimin barəsində nə danışır. Əgər onun elə qeyrəti varsa, gəlsin, üzümə desin. Səviyyəsiz, şər-böhtan yazmaq, bizə ironiya ilə baxmaq, müəyyən dairlərin əlaltısı adlandırmaq, böhtandan başqa bir şey deyil. Onun özü lideri kimi səviyyəsiz adamdır, avaranın biridir. Belə adamlara qarşı ictimai qınaq olmalıdır. Bunlar çalışırlar ki, elə rəy yaratsınlar ki, guya hər şey qaradır.
- Hafiz müəllim, Milli Şura mitinq keçirmək istəyir. Sizcə, bu düşərgə hansı məqsədlə mitinq keçirir, ümumiyyətlə, onların aksiyası baş tuta bilərmi?
- Qeyd etdiyim kimi, bizim də mitinqlə bağlı qərarımız olacaq. Azərbaycanda bəzi QHT-lərin əliylə Qərb dövlətlərinin təlatüm yaratmaq istəyir var və biz də buna etiraz edəcəyik. Mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib yer istəyəcəyik. Milli Şuranın mitinq keçirməsinə gəlincə, bu adamlar yenə də xaricdəki havadarlarından tapşırıq alıblar. Onlar yalnız bu halda hərəkətə keçirlər. Diqqət edin, onlar hansı dönəmlərdə mitinqlərə başlayırlar, hansı ki, müəyyən beynəlxalq təşkilatlar Azərbaycana qarşı hərəkətə keçirlər. Yəni, bunlar üçün milli və dövlət maraqları önəmli deyil. Əsas məqsədləri Qərbdəki sahiblərindən pul alıb ciblərini doldurmaqdır. Onu da çox yaxşı həyata keçirirlər. 12 oktyabrda keçirmək istədikləri mitinqin də əsas mahiyyəti budur.
Amma onu da nəzərə çatdırım ki, Mili Şuranın bu mitinqi baş tutan deyil. Çünki bu adamların mitinq keçirmək potensialları yoxdur. Ümumilikdə 10-15 nəfərdirlər. O qədər adamla heç piket də keçirə bilməzlər. Ona görə də çalışacaqlar ki, təxinə salıb, yalandan Bakı Şəhər İcra Hakimiyyətinə qarqı qara piar aparsınlar. Bu da nəticədə onların özlərini biabırçılığı olacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi