Ölkənin prokurorları bayram edir - FOTOLAR

img

01-10-2014 [13:35]


Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır. Bu münasibətlə Baş prokuror Zakir Qaralov və prokurorluğun digər rəhbər işçiləri əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin məzrını ziyarət ediblər. 
Ümumilli liderin xatirəsi anılıb. 

Daha sonra prokurorluq işçiləri Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarət ediblər. Şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyulub.

Baş prokuror Zakir Qaralov jurnalistlərlə görüşərək, onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Azərbaycanda bu gün prokurorluq işçilərinin peşə bayramıdır. 17 iyul 1998-ci il tarixdə prezident Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb.


























Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA