30-09-2014 [20:47]
Sevilən sənətçi Xumar Qədimova və sevgi dolu misraları ilə ürəkləri ovsunlayan Rəşad Məcid media mənsublarını və bir qrup tanınmış insanları bir araya toplayıb, onları gözəl musiqiyə qonaq etdi.
Gözəl söz, gözəl musiqi və sehrli səs – doğrudan da, əsl musiqi qonaqlığı idi. Söhbət sözləri Rəşad Məcidə, musiqisi Xumara məxsus olan "Bir də gəlməyəcək sənin tək qadın” mahnısının təqdimat mərasimindən gedir. Təqdimat mərasimi Rəşad Məcidin bir türk şairindən söylədiyi "Eşq” şeiri ilə başladı. Şair Xumarı gözəl sözlərlə vəsf elədi: "Xumar xanım fərqli səviyyənin daşıyıcısıdır, öz dünyası olan bir xanımdır. Bu yaxınlarda Təbrizdə səfərdə idim. Məndən yalnız iki nəfəri soruşurdular – biri Alim Qasımov, o birisi Xumar Qədimova idi. İnanın, hər kəsin avtomobilində Xumarın musiqilərinə qulaq asırlar. Bunu eşitmək mənə ayrıca zövq verdi”.
Heç vaxt təqdimat mərasimləri keçirməyi sevmədiyini deyən Xumar xanım bu təqdimatı məhz Rəşad Məcidə görə etdiyini bildirdi: "Həmişə demişəm ki, gözəl mahnının təqdimata ehtiyacı yoxdur, musiqi özü-özünü təqdim edir. Amma bu mahnını Rəşad Məcidə görə təqdim etdim. Bu günlərdə onun ad günü idi. Elə fikirləşdim ki, bu mahnını onun ad günündə üzə çıxarım. Bir neçə il bundan öncə Rəşad mənə bir neçə şeir təqdim etdi, onların içərisindən birini seçdim. Hələ zarafatla Rəşada dedim ki, bəlkə, şeirin son sözünü dəyişim. "Bir də gəlməyəcək sənintək qadın" əvəzinə "Bir də gəlməyəcək Xumartək qadın” oxuyum. Etiraz etmədi. Amma mən belə oxumadım”.
Sonra söz musiqiyə verildi:
"Elə dəqiqələr yaşatmısan ki,
Olmayıb heç onun yüzdə biri də
Nə mənim dünyamda, nə bu dünyada”…
Onu da öyrəndik ki, yaxın zamanlarda mahnının ekran versiyası ərsəyə gələcək. Maraqlıdır, görəsən, bu şeir kimə ünvanlanıb?
Publika.az-ın sualını Rəşad Məcid belə cavablandırdı: "Bu şeir bir çox sevdiklərimə ünvanlanıb, onların arasında Xumar xanım da var. Xumar xanımı mənim oğlum da hədsiz çox sevir”.
Təqdimat mərasiminə gələn hər kəs Xumarın yeni mahnısının gözəlliyindən danışdı. Doğrudan da, bayağı söz yığınından ibarət mahnıların fonunda belə mənalı sözlərə bəstələnmiş musiqini dinləyib feyziyab olmağa dəyər.
Qeyd edək ki, Rəşad Məcidlə Xumarın işbirliyi bununla bitməyəcək. Qarşıda bizi daha gözəl musiqilər gözləyir. Hər halda, onlar belə söz verdilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi