Məhkəmə icraçıları "Hafka"nın villasını boşaldır

img

30-09-2014 [14:04]


"Baghlan Group” şirkətinin və "Bakı” futbol klubunun prezidenti, "Hafka" ləqəbilə tanınmış milyoner Hafiz Məmmədovla bağlı Modern.az saytına ilginc məlumat daxil olub. Saytımıza verilən məlumata görə, Hafiz Məmmədovun Bakıdakı malikanəsi bu dəqiqələrdə məhkəmə icraçıları tərəfindən boşaldılır. İş adamının Teymur Əliyev küçəci 63 ünvanında yerləşən, dəyəri 3 milyon dollar qiymətləndirilən villasının qarşısına məhkəmə icraçıları, polis toplaşıb.

Saytımıza verilən məlumata görə, villanı mühafizə edən silahlı qoruyucular məhkəmə icraçılarını binaya buraxmaqdan imtina ediblər. Məsələ ilə bağlı H. Məmmədov məlumatlandırılıb və o probelmin həll etmək üçün çalışdığını deyib.

Məlumata görə, H.Məmmədov müsadirə olunan villanı oğluna toy hədiyyəsi kimi bağışlayıbmış. Məhkmə 300 min manat borcu qaytara bilmədiyinə görə, onun əmlakının boşaldılması barədə qərarverib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA