Cəbhəyanı zonada patrul dəstələri yaradılır

img

30-09-2014 [11:24]


Bundan sonra cəbhəyanı zonada yerləşən yaşayış məntəqələrində yerli əhali arasından könüllülərdən ibarət patrul dəstələri fəaliyyət göstərəcək.

Modern.az El TV-yə istinadən xəbər verir ki,artıq prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamda nəzərdə tutulan bu və digər məsələlərin həlli istiqamətində addımların atılmasına başlanılıb.

Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov bildirir ki, cəbhəyanı zonada yerləşən yaşayış məntəqələrində yerli əhali arasından könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılmasında məqsəd müdafiənin möhkəmləndirilməsi, habelə əhalinin ayıq-sayıqlığının artırılmasıdır:

"Cəbhə boyu kəndlərə təsadüfi adamlar gəlirlər. Məsələn, toy mərasimlərində tanımadığın adamlar olur. Onların nə məqsəd üçün gəldiyi məlum olmur”.

Yerli sakinlər də deyirlər ki, təmas xəttinə bitişik ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacib amildir. Onlar bildirirlər ki, xüsusilə cəbhə zonasında baş verən bütün hadisələrlə bağlı xəbərlər həqiqətəuyğun olmalıdır. Onlar sərəncamla bağlı öhdələrinə düşən bütün vəzifələri yerinə yetirməyə hazırdırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA