İzmirdəki azərbaycanlılar orada Bakının adını daşıyacaq parkın yaradılması üçün nələr edirlər? (FOTOLAR)

img

29-09-2014 [22:33]


İzmir Böyük Şəhər Bələdiyəsinin başqanı Əziz Kocaoğlu İzmirdə yaşayan bir qrup azərbaycanlını qəbul edib. 

Xeberle.com məlumat verir ki, Azərbaycan Dayanışma və Qardaşlıq Dərnəyinin başqanı, iş adamı Asif Qurban, başqan yardımcısı, Azərbaycan Təhsil Müşavirliyi İzmir təmsilçisi Cavid Əliyev, 9 Eylül unversitetinin müəllimi, dərnəyin Qurucu üyəsi professor Gülmirə Kuruoğlu, 9 Eylül və İqtisadiyyat unversitetlərinin müəllimi Vəfa Rzayeva, iş adamı, dərnəyin qurucu üyələrindən Fərid Novruzov və dərnəyin mətbuat müşaviri, jurnalist Nigar Börəyin qatıldığı görüşdə bir sıra ciddi məsəslələr müzakirə olunub və gələcəkdə birgə görülə biləcək işlər haqda fikir mübadiləsi aparılıb. Qəbul üçün təşəkürünü bildirən A.Qurban rəhbərlik ediyi dərnək barədə bələdiyyə başqanına məlumat verməklə yanaşı, qarşıda görə biləcəkləri işlər barədə də öz təklifini verib. ,,Hazırda Bakıda ,,İzmir,,in adını daşıyan bir park var, İzmirdə də ,,Bakı,, adını daşıyan bir parkın olması ücün yer ayrılmasını, sizdən xahiş edirik. Parkın qurulması üçün bütün xərcləri öz üzərimizə götürməyə hazırıq,, deyən A.Qurbanovun bu təklifinə bələdiyyə başqanı müsbət baxdığını, yeri müəyyən etdikdən sonra ən yaxın zamanda onlara bilgi verəcəklərini bildirib. Bundan başqa bəzi tədbirlərin keçirilməsi üçün də müəyyən təkliflər səsləndirilib. A.Kocaoğlu da öz növbəsində bütün təkliflərə sıcaq baxdığını, onlarla əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.

Görüş zamanı bələdiyyə başqanı hər kəslə ayrı-ayrı maraqlanıb tanış olub. Və bu günə qədər dünyanın bir çox yerlərində olmasına rağmən, Bakıda olmadığını xüsusi olaraq qeyd edib. Azərbaycanlı nümayəndələr də onunla birgə Bakıya getməyə hazır olduqlarını deyiblər. Kocaoğlu da getdiyi hər ölkədə İzmir ücün bir şeylər etməyə calışdığını, heç bir məqsədi olmadan xarici ölkələrə getmədiyini bildirib. Qurbanda ona İzmir və Bakı üçün önəmli projelərin həyata keçirilməsi üçün birgə addımlar atmağa hazır olduqlarını deyib. Kocaoğlu da Bakıyla İzmirin 85 illik bir qardaşlığı olduğunu, Azərbaycanın onlar ücün yabancı olmadığını xatırladaraq, dəvət alarsa, mütləq gələcəyinə söz verdi.

Səmimi və maraqlı ortamda keçən görüşün sonunda Kocaoğluna Azərbaycanı özündə xatırladan hədiyyələr təqdim edildi. Bələdiyyə başqanı da öz növbəsində qonaqları unutmayaraq, onlara hər zaman İzmiri xatırladacaq hədiyyəsini təqdim etdi.

Xeberle.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA