Əlillərin ruhi dispanserə köçürülməsi etiraza səbəb oldu - VİDEO

img

29-09-2014 [17:50]


Səhər saatlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirilib.


Toplaşan əlillərin etirazına səbəb hazırda yaşadıqları Nazirliyin nəzdində olan Müalicə Pansionatından köçrülmək istəməmələridir. Onlar gedəcəkləri ünvandan narazılıq edir. Çünki göndəriləcəkləri yerin ruhi xəstələr üçün nəzərdə tutulduğunu deyirlər.


Fevral ayında Bilgəh Qocalar evi və Ramanada yerləşən Əlillər evində islahatlar aparılmışdı. Nəticədə yaş həddi qadınlar üçün 60, kişilər üçün 63-dən aşağı olan şəxslər aşkar olunaraq, məskunlaşdıqları müəssisədən çıxarılmış, müvəqqəti olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pansionatına yerləşdirilmişdirlər. Pansionatın binası isə artıq istifadəyə yararsız vəziyyətə düşüb. Bu səbəbdən pansionat sakinlərinində köçürülməsi gündəmə gəlib. Əlillərin sözlərinə görə onları Gəncə, Şamaxı və Buzovnada yerləşən müəssisələrə köçürləcəklər. 


Dövlət Sosial Təminat Xidmətinin sektor müdiri Vüqar Behbudov məsələyə aydınlıq gətirərək bildirdi ki, Gəncədə yerləşən müəssisə heçdə ruhi xəstələr üçün nəzərdə tutulmayıb. Müəssisə Sosial Xidmət Mərkəzdir və təqaüdçü şəxslər üçün nəzərdə tutulub. 


Lakin fiziki qüsurlu şikayətçilər bu cavabla razılaşmadılar və gözləməyə qərar verdilər. Nəhayət Nazirlik iki nəfəri qəbul etdi və məsələni aydınlaşdırdı. 


Şikayətçi Kəmalə Babazadə onları Gəncə və Şamaxıya göndərəcəklərini dedi. O bildirdi ki, könüllü olaraq kim istəsə Buzovnanı da seçə bilər. 


Hər halda Pansionat sakinləri narazılıqlarına baxmayaraq deyilən ünvanlarda yerləşdiriləcək. İndi onlara gedəcəkləri yerə tezliklə uyğunlaşmaq qalır.(ANS)



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA