29-09-2014 [14:21]
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Partiyadan Mia.az-a verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub. İdarə Heyəti ilk növbədə Avropa Parlamentinin Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması, demokratik geriləmələr, sərbəst toplaşma, söz və mətbuat azadlığına qarşı məhdudiyyətlərin qoyulması, QHT-rə, bütövlükdə vətəndaş cəmiyyəti institutlarına yönəlik repressiyaların, həbslərin davam etdirilməsi ilə bağlı çıxardığı qətnaməyə və ABŞ Prezidenti B.Obamanın çıxışında Azərbaycanın adının insan haqlarının pozulduğu ölkələr sırasında hallandırılmasına münasibət bildirib və hər iki yanaşmanın Azərbaycan reallıqlarını düzgün əks etdirdiyini diqqətə çatdırıb. Partiya yetkililəri son vaxtlar Azərbaycanda insan hüquq və azadlıqlarının ardıcıl olaraq pozulmasını və bu tendensiyanın getdikcə güclənməsini qeyd edib və beynəlxalq təşkilatların bu sahədə təpkilərinə baxmayaraq iqtisadi, siyasi, sosial sahələrdə antidemokratik vəziyyətin hökm sürməsindən ciddi narahat olduğunu ifadə edib və hakimiyyəti ölkədə insan hüquq və azadlıqlarının, demokratiyanın qorunması istiqamətində ciddi addımlar atmağa, siyasi qurumlara, vətəndaş cəmiyyəti institutlarına qarşı repressiyalara son qoymağa və beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirməyə çağırıb.
İdarə Heyəti BMT-nin 69-cu sessiyasında Ermənistan prezidenti S.Sarkisyanın Dağlıq Qarabağın artıq müstəqil dövlət olması və bu məsələnin bitməsi ilə bağlı səsləndirdiyi sərsəm və həyasızlıq həddinə çatan bəyanatına münasibət bildirib və bu bəyanatın BMT-nın məlum qətnamələrinə və beynəlxalq hüquq normalarına zidd olduğunu qeyd etməklə bu cür çıxışların sülh danışıqlarının pozulması ilə nəticələnə biləcəyini diqqətə çatdırıb.
İdarə Heyəti Rusiya Dövlət Dumasının müavini, zaman-zaman Azərbaycan əleyhinə, bütövlükdə türk və müsəlman dünyasına qarşı təhqiramiz çıxışları ilə yadda qalan V.Jirinovskinin Azərbaycana baş tutan səfərindən təəssüfləndiyini bildirib və onun ölkəmizdə ən yüksək səviyyədə rəsmi qəbulundan narahat olduğunu diqqətə çatdırıb. Partiya rəsmiləri anti Azərbaycan mövqe sərgiləyən, türk və müsəlman dünyasına qarşı açıq nifrətini gizlətməyən belə bir tipin nəinki ölkəmizə səfərinin qarşısının alınmasının, hətta onun ölkəmiz üçün arzuolunmaz şəxs elan edilməsi və türk və müsəlman dünyasına qarşı müharibəyə çağrışlarına görə beynəlxalq məhkəmə qarşısına çıxarılmasının vacibliyini qeyd edib.
İdarə Heyəti Müsavat Partiyasının
qurultayının nəticələrinə münasibət bildirib və partiyanın yeni başqanın seçilməsi
ilə bağlı müsavatçıları təbrik edib və onların bundan sonrakı fəaliyyətinin
millətimiz üçün faydalı olacağına, ümumi müxalifət düşərgəsinin yeni keyfiyyətdə
möhkəmlənməsinə, böyük tarixi olan bir partiyanın zamanın sınağından şərəflə
çıxacağına inamını ifadə edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi