Milli Məclisin komitə sədri məhkəməyə verildi - Sənəd saxtakarlığı iddiası ilə!

img

29-09-2014 [14:16]


Milli Məclisin Elm Təhsil Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisadd Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyev yenidən məhkəməyə verilib

Bu barədə Mia.az-a İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Bədirxan Musayev məlumat verib. Onun sözlərinə görə, 2011-ci ildə Şəmsəddin Hacıyev onu həm rektorun müşavirliyindən, həm 40 il rəhbərlik etdiyi «İqtisadi Kibernetika» kafedrasının müdiri vəzifələrindən qanunsuz azad edib: «Bununla bağlı çoxsaylı məhkəmə iclasları keçirilib bu zaman mənə aydın olub ki, keçmiş rektor onunla bağlı ciddi sənəd saxtalaşdırılmasına yol verib. Şəmsəddin Hacıyevin rəhbərliyi göstərişi ilə mənim barəmdə ciddi sənəd saxtakarlığına yol verilib. Buna görə onu məhkəməyə verdim». 

B.Musayevin sözlərinə görə, sənəd saxtakarlığından bəhs edən iddia ərizəsi artıq Nəsimi rayon Məhkəməsinə təqdim olunub.

 Xəbər iddia ərizəsiylə bağlı komitə sədrinin fikirlərini dinləməyə hazırıq. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA