29-09-2014 [12:53]
Bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Gəncə şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu şəhərin və Göygöl, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarının sakinlərini fərdi qaydada qəbul edərək müraciətlərini dinləyib.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, müraciətlər əsasən ayrı-ayrı təminat növləri, habelə minik avtomobili və mənzil, reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğun və əmək hüquqlarının təminatı, əlilliyi olan şəxslərin bərpa-müalicəsi və digər məsələləri əhatə edib. Ümumilikdə müraciətlər arasında əlilliyin təyinatı, ünvanlı dövlət sosial yardımı ilə bağlı məsələlər azlıq təşkil edib. S.Müslümov müraciətlərdə əksini tapan məsələlərin qısa müddətdə araşdırılaraq qanunauyğun tədbirlər görülməsi barədə nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib.
Dövlət hesabına minik avtomobili ilə təmin olunmaq
üçün növbəyə yazılmaqla əlaqədar müraciət edən vətəndaşlara bununla bağlı Tibbi-Sosial
Ekspert Komissiyası tərəfindən müvafiq tibbi göstəriş almalı olduqları
bildirilib. Nəzərə çatdırılıb ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə
xüsusi nəqliyyat vasitəsinə tibbi göstərişin verilməsi üçün "Əlilliyin müəyyən olunması meyarlarına dair
Əsasnamə”də müəyyən olunan hallar ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az)
"Fəaliyyət və xidmətlər” bölməsinin "Avtomobillərlə təminat” altbölümündə təqdim
olunur.
Qəbulda S.Müslümov müraciətlərinə əsasən, ayrı-ayrı əlilliyi olan şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri, habelə Nazirliyin bərpa-müalicə müəssisələrinə göndərişlə, tənha ahıl vətəndaşların sosial xidmətlərlə təmin olunması, bir sıra şəxslərin ailələrinin ünvanlı yardım almaq hüququna baxılması barədə göstərişlər verib: "Biz hazırda ölkədə qabaqcıl Avropa təcrübəsi əsasında sosial reabilitasiya yönümlü xidmətlər sisteminin yaradılması işlərini aparırıq. Eyni zamanda, bərpa-müalicə mərkəzlərinin əsaslı təmir edilərək müasir tələblərə uyğun qurulması və bərpa-müalicə şəbəkəsinin bütün bölgələr üzrə genişləndirilməsi üçün müvafiq işləri görürük”.
Qəbul zamanı məşğulluq məsələləri ilə əlaqədar müraciət etmiş şəxslərin bir qisminin özlərinin və ya ailə üzvlərinin işlə təmin olunması məsələləri elə yerindəcə həllini tapıb. Bununla bağlı müraciət etmiş digər şəxslərin də qısa vaxt ərzində məşğulluqlarının təmin olunmasına kömək göstərilməsi, eləcə də son vaxtlar ölkənin bütün bölgələrində geniş vüsət alan aktiv məşğulluq tədbirlərində ilk növbədə işsiz kimi qeydiyyata alınmış şəxslərin iştirakının təmin olunması tapşırılıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər
müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Göygöl, Samux, Daşkəsən,
Tərtər, Kəlbəcər rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların
ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gəncə
şəhərinə aparılıb gətirilmələri təmin olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi