29-09-2014 [12:15]
Oktyabrın 22-də əmək və əhalinin sosial müdafiəsi naziri təyinatının bir ili tamam olacaq Səlim Müslümov «qara mühasibatlığın» ən peşəkar nümayəndəsi kimi nazirlikdə «ənənəvi sistemi»ni tətbiq edir.
Mia.az xəbər verir ki, bu sözləri «Reytinq» qəzetinə nazirliyin adının çəkilməsini istəməyən əməkdaşlarından biri deyib. O, bildirib ki, təyinatının ilk aylarında keçmiş nazir Füzuli Ələkbərovun kadrlarının böyük əksəriyyətini «vuran» Səlim Müslümova onları əsasən Dövlət Sosial Müdafiəsi Fondunda uzun illər işlədiyi sədaqətli kadrları ilə əvəzləyib: «Nazir aparat rəhbərindən tutmuş, şöbə müdirləri, mərkəz rəhbərlərinə qədər böyük əksəriyyətini öz kadrları ilə əvəzlədi. Ancaq nazirin konkret «ilişdiyi» sahələr də oldu. Məsələn, o, çox cəhd eləsə də, müavini İlqar Rəhimovla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəylinin vəzifələrindən azad olunmasına nail ola bilmədi. Bunların isə bir sıra özəl səbəbləri var».
Müsahibimizin sözlərinə görə, «qara mühasibatlıq» və «çərçivəli idarəetmə» üzrə peşəkar kadrlardan olan Səlim Müslümov vəzifədən azad edə bilmədiyi arxalı məmurları özünəməxsus şəkildə zərərsizləşdirib: «Məsələn, İlqar Rəhimovu, hətta digər müavini Natiq Məmmədovu bir sıra proseslərdən təcrid edib. Nazir təyinatının ilk aylarında hər iki müavinin dəyişə bilməyən Səlim Müslümov «çevik idarəetmə» sistemi tətbiq etmək adıyla nazirliyin əsasnaməsini dəyişdirməyə və əlavə iki müavin postu almağa nail oldu. O, Dövlət İqtisad Universitetində tələbəsi olmuş və məhz özünün sürətlə vəzifələrdə yüksəltdiyi İdris İsayevlə hakimiyyətdəki ən güclü qruplaşmaya bağlı olan Mətin Kərimlinin müavin təqdimatını verməklə, İlqar Rəhimov-Natiq Məmmədov tandemini demək olar ki, tamamı ilə oyundankənar vəziyyətdə qoydu. İndi nə İlqar Rəhimov, nə də Natiq Məmmədov nazirlikdə əvvəlki kimi hegemon statusda deyilər. Xüsusi ilə bu sözü İlqar Rəhimova aid etmək olar. Natiq Məmmədov açıq demək lazımdı ki, «nə ətdir, nə balıq». Yəni o, İlqar Rəhimovdan fərqli olaraq, nazirlikdaxili oyunlarda heç vaxt fəal olmayıb. Amma nazir Səlim Müslumov yenə də ehtiyatlı davranmağa üstünlük verir».
İdris İSAYEV-NAZİR MÜAVİNİ
Müsahibimiz deyir ki, təyinatının ilk aylarında nazirlik yanındakı xidmət rəhbərlərini də dəyişməyə qərar verən Səlim Müslümovun bu günədək ən çox istəyini həyata keçirə bilmədiyi sahə Anar Bədəlbəylinin rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətidir: «O, bir neçə dəfə digər xidmət rəhbərləri kimi Anar Bədəlbəylini də vəzifəsindən azad etməyə çalışdı. Lakin nəinki bunu edə bildi, əksinə, Anar Bədəlbəylinin özündən razı mesajı ilə qarşılaşdı. Maraqlı o idi ki, Anar Bədəlbəylinin «məni kimləsə qarışdırmasınlar. Bacara bilirlərsə, çıxarsın» mesajından sonra nazir Səlim Müslümov bir daha bu sahədəki problemləri açıq şəkildə qabartmadı. Bu isə ilk aylar nazirlikdə başqa cür qəbul edilməyə başladı. Yəqin elə bu səbəbdəndir ki, nazir Anar Bədəlbəyliyə yaxın olan bir neçə Məşğulluq Mərkəzinin rəislərini dəyişdirdi. Ancaq bu da aradakı gərginliyi və nazirlikdəki söz-söhbəti azaltmadı. Zaman keçdikcə isə Səlim Müslümovun Anar Bədəlbəylini necə zərərsizləşdirmək planı üzə çıxdı».

Səlim Müslümovun digər iki müavin təyinatına qədər səbr etdiyini deyən müsahibimizin sözlərinə görə, o, hakimiyyətdəki ən güclü qruplaşmaya bağlı olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun qardaşı Mətin Kərimlinin nazir müavin təyin edilməsi Anar Bədəlbəylinin «əl-qolu»nu bağlayıb: «1979-cu il təvəllüdlü Mətin Kərimli nazir Səlim Müslümovun məsləhətləri ilə Anar Bədəlbəylini ağla gəlməyən şəkildə nəinki güncə sıxıb, hətta onun hər gün «bu nə vəzifədir» deməsinə də nail olub. Belə ki, nazir Dövlət Məşğulluq Xidmətinin kurasiyasını Mətin Kərimliyə həvalə etməklə, Anar Bədəlbəylini yaşca özündən xeyli kiçik olan və nazirlikdə hələ də bir çoxlarının «uşaqdır» dediyi Mətin Kərimlinin əli ilə betər günə qoyub. Xüsusi ilə xidmətə ayrılan vəsaitlərin kəskin azaldılması, eyni zamanda, ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinin son qəpiyinə qədər nəzarət edilməsi Anar Bədəlbəylinin əsəblərini tarıma çəkib. Lakin nazir onu elə sahədən vurur ki, o, səsini belə çıxara bilmir».

Məlumatlı şəxs deyir ki, Səlim Müslümovun kollektivə təqdimatı zamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «bu cinayətkarlar yuvasını dağıdın, buranı təmizləyin» tapşırığını əlində bayraq tutan nazir son addımları ilə hakimiyyətdəki bəzi rəqiblərini də narahat etməyə başlayıb: «Rəqibləri Səlim Müslümovun daha böyük vəzifəyə çəkiləcəyindən narahatdırlar. Xüsusiylə Ziya Məmmədovun güclənməsini istəyən qruplar Səlim Müslümovun güclənməsini istəmirlər. Axı Səlim Müslümovla Ziya Məmmədov təkcə qohum sayılmırlar, onlar həm də eyni qrupun üzvləri kimi qəbul edilirlər…».
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi