Deputat oğlunun adına ərazi aldı, bağça tikdirir

img

29-09-2014 [11:54]


Deputat Əsabil Qasımov İmişlidə rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə aldığı ərazidə uşaq bağçası tikdirir.

 Bu barədə Mia.az-a rayon sakinləri məlumat veriblər. Onların sözlərinə görə, deputat rəsmi olaraq oğlunun adına aldığı ərazini hələ özəlləşdirməyib: «Ancaq oğlunun adına alınan ərazidə tikinti işləri sürətlə davam etdirilir». 

Mia.az onu da xəbər verir ki, deputatın oğlu Taleh Qasımov atasının biznes şəbəkəsində əsas fiqurdur: «Əsabil Qasımov bu oğlunun önə çıxmasına çox çalışır. Yəqin elə bu səbəbdəndir ki, oğlunun adına rəsmiləşdirdiyi ərazidə tikilən uşaq bağçasından da siyasi xal toplamağa çalışır. Belə ki, deputatın yaxın ətrafı bağçanı Heydər Əliyev Fondunun təşəbbüsü ilə əlaqələndirib, Əsabil Qasımov oğlunun xidmətlərini qabartmağa çalışırlar. Amma bunlardan bir soruşan yoxdur ki, əgər bu dövlət millət üçün səmimi nəsə etmək istəyirsinizsə, o zaman ərazi niyə oğlunun adına rəsmiləşdirilir? ya kim təminat verəcək ki, tikili başa çatandan sonra deputat onu oğlunun adına özəlləşdirilməyəcək?». 

Xəbərlə bağlı deputatı da dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA