“Qəbələdə zəlzələdən sonra əhalidə təlaş yaranıb”-İcra Hakimiyyəti

img

29-09-2014 [11:26]


"Zəlzələdən sonra əhalidə təlaş yaranıb”. Bunu Modern.az-a açıqlamasında Qəbələ Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Varis Yaqubov deyib. Onun sözlərinə görə, hələ ki dağıntı barədə heç məlumat yoxdur.

Qeyd edək ki, sentyabrın 29-da Qəbələ rayonundazəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 06:38-də Qəbələ şəhərindən 22 km şimali-şərqdəqeydə alınıb.
Zəlzələnin maqnitudası 5,4 bal, dərinliyi 10 km olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA