Azərbaycanda 5.4 bal gücündə zəlzələ oldu

img

29-09-2014 [09:25]


Azərbaycanın Qəbələ rayonunda zəlzələ baş verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, zəlzələ bu səhər yerli vaxtla saat 06.38.07-də Qəbələ şəhərindən 22 km şimal-şərqdə qeydə alınıb.

10 km dərinlikdə baş verən yeraltı təkanlar episentrda 6 bal, ətraf rayonlarda 5.4 bal gücündə olduğu bildirilir.

ANS PRESS-in şimal bürosundan verilən məlumata görə, zəlzələ Qusar və İsmayıllı rayonlarında da hiss olunub və yeraltı təkanlar bir neçə saniyə davam edib.

Quba rayon icra başçısının müavini Afət Həsənovanın ANS PRESS-in yerli bürosuna verdiyi məlumata görə, zəlzələ rayonun kəndlərində də hiss olunub.

Xatırladaq ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya - mineralogiya elmləri doktoru Qurban Yetirmişli sentyabrın 1-də ANS PRESS-ə verdiyi açıqlamada qeyd edib ki, ölkə ərazisində hər hansı bir güclü zəlzələnin baş verməsi gözlənilmir:

"Katostrofik güclü zəlzələ amilləri hələ ki, yoxdur. İnsanlar narahat olmasınlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA