Şəhid evinin acı mənzərəsi icra başçısını qorxuya saldı - VİDEOLAR

img

28-09-2014 [21:18]


Xəbər verildiyi kimi, erməni silahlı bölmələrinin mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan ordumuzun leytenantı Allahverdi Əbülfəz oğlu Baxışlı anadan olduğu Hacıqabul rayonunda Hacıqabul Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

ANS TV-nin məlumatına görə, Baxışlılar ailəsi iki şəhid verib. Allahverdinin atası Əbülfəz Baxışlı 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.

Hacıqabulda şəhidin dəfn mərasimində diqqətdən bir məsələ yayınmayıb. 

Ailə başçısından sonra, evin tək kişisini və oğulunu itirən Baxışlı ailəsi, illərdir bu evdə qalır. Bu vəziyyətdə yaşayan ailə, ötən gecədən başlayaraq küçəyə çınqıl tökülməyə, evə döşəmə düzülməyə başlanıldığını deyir. Şəhidin dəfni zamanı rayon icra başçısına sərt etiraz bildirilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA