Tahir Budaqovun I müavininin adı Heydər Əliyevin verdiyi torpaq qalmaqalında! - Şikayət

img

28-09-2014 [20:31]


 "Mərhum prezident Heydər Əliyevin göstərişilə mənə verilən torpaq sahəsini zəbt ediblər". 

Bu sözləri "Azadlıq"a Bakı şəhəri, Hizami rayonu Şərifli küçəsi 2593-cü məhəllədə yaşayan Zövqar Qocayev deyib. Zövqar Qocayevin sözlərinə görə, o, 1997-ci ildə torpaq sahəsi ayrılması üçün Heydər Əliyevə müraciət edib. Mərhum dövlət başçısı Zövqar Qocayevin müraciətinə müsbət cavab verib: "Müraciətdən az sonra Heydər Əliyevin göstərişilə mənə Hizami rayonu Şərifli küçəsi 2593-cü məhəllədə 6.5 sot torpaq sahəsi ayrıldı. Hazırda orada tikdiyim evdə yaşayıram. 

Qeyd edim ki, mən 1992-1994-cü illərdə hərbi texnikanın istehsalı, təmiri və quraşdırılması ilə məşğul olmuşam. Mühəndis-konstruktoram. Mərhum Heydər Əliyev də məhz mən ordu üçün xidmətlərimi nəzərə alaraq müraciətimə müsbət cavab vermişdi. Amma 2013-cü ilin mart ayında Hizaməddin Məmmədov adlı şəxs məndən mülkiyyətimdə olan torpaq sahəsini ona satmağımı istədi. Mən isə bu torpaq sahəsini Heydər Əliyevin göstərişi ilə aldığımı və satmaq niyyətində olmadığımı bildirdim. Hizaməddin Məmmədov mənə dedi ki, onsuz da zor-xoş bu torpağı səndən alacam, Hizami rayonunun rəhbərliyi bizim uşaqlardır. Sonradan mənə məlum oldu ki, Hizaməddin Məmmədov Hizami Rayon İcra Hakimiyyətində birinci müavin vəzifəsində işləyən Qərib Məmmədovun yaxın qohumudur. Elə onu dəstəyilə də mən Tehranda ağır xəstə olan övladımı müalicə etdirən zaman torpağımı zəbt etdi. Tehrandan qayıdarkən gördüyüm mənzə məni şoka saldı. Təsəvvür edin, həyətimin içindən hasar çəkərək 4 sot yerimi zəbt ediblər". 

Zövqar Qocayev bildirib ki, bundan sonra Hizami Rayon İcra Hakimiyyətində sənədləri saxtalaşdırıblar: "Hizaməddin Məmmədovun mənim qonşuluğumda 6 sot torpağı var. O istəyir ki, mənim torpağımın da 4 sotunu öz torpaq sahəsinə birləşdirsinlər. Lakin sənədlərlə torpağın mənə məxsus olduğu təsdiqləndiyinə görə, saxtakarlıq etməklə sənədləşmə aparıb həmin yeri satışa çıxarıblar. Məlumat üçün deyim ki, ərazidə torpağın 1 sotu 30 min manatdır". 

Zövqar Qocayev deyib ki, məsələ ilə bağlı dəfələrlə Prezident Administrasiyası Dövlət Həzarət Şöbəsinin müdiri Eldar Huriyevin qəbulunda olub. 

"Onlar məsələni tam aydınlaşdırıb yerimin özümə qaytarılması üçün Hizami Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lakin nəticəsi yoxdur", - deyən şikayətçi bildirib ki, məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə də rəsmi şəkildə şikayət edəcək. 

Qeyd edək ki, Zövqar Qocayev torpağın sənədlərini də redaksiyamıza təqdim edib. Qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb. Bununla belə mövzunu diqqətdə saxlayacaq və məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə çalışacağıq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA