İşçisi rektoru məhkəməyə verdi - Ağacan Əbiyevlə bağlı qalmaqal

img

28-09-2014 [19:43]


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyevin əmri məhkəməlik olub. 

Bu barədə məhkəmədən Mia.az-a daxil olan məlumata görə, rektor akademiyanın əməkdaşı Arif Ataoğul oğlu Əliyevin işdən azad edilməsi haqda əmr imzalayıb. Lakin sözügedən şəxs Ağacan Əbiyevin əmrini qanunsuz və əsassız saydığından məhkəməyə müraciət edib. 

Məlumata görə, rektorun əmrinin ləğv edilməsi və işə bərpa edilməsi tələbi ilə çıxış edən Arif Əliyevin iddia ərizəsinə Nərimanov rayon Məhkəməsində baxılıb: «Lakin bu məhkəmənin qətnaməsi narazlığı daha da qızışdırdı. Təxminən 7 ay əvvəl Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilsə də, iclasa sədrlik edən hakim Sənan Hacıyev qərarını elan etməyib. Hakim 5 ay əvvəl, daha dəqiqi, may ayının 13-də iş üzrə xəttşünaslıq ekspertizası təyin edərək, iclası qeyri-müəyyən vaxta təxirə saldı». 

Mia.az-ın məlumatına görə, ötən həftə Bakı Apellyasiya Məhkəməsində Arif Əliyevin şikayəti üzrə prosesə prosesə start verilib. Maraqlıdır ki, işə bu dəfə hakim Sənan Hacıyev deyil, hakim Tofiq Səmədovun sədrliyi ilə baxılır: "Ağacan Əbiyevin əmrinin qanunsuz və əsassiz olduğunu iddia edən Arif Əliyevin şikayəti üzrə növbəti iclas oktyabrın 2-də olacaq”. 

Onu da qeyd edək ki, xəbərlə bağlı rektorun mövqeyini öyrənə bilmədik. Daha dəqiqi, rektor Ağacan Əbiyev mövqe bildirməkdən imtina edib. 

Məhkəməni diqqətdə saxlayacağıq. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA