Evin tək oğlu olan şəhid oğlu şəhidimiz dəfn olundu - FOTOLAR

img

28-09-2014 [16:24]


Dünən şəhid olan zabitimiz, leytenant Allahverdi Әbülfәz oğlu Baxışlı dəfn edildi. Şəhid doğulduğu Hacıqabul rayonunda torpağa tapşırıldı.

Erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində dünyasını dəyişən 23 yaşlı şəhidimizin atası Əbülfəz Baxışlı 20 il əvvəl birinci Qarabağ müharibəsində şəhid olub. Allahverdi evin tәk oğlu idi. Anası vә bacısından ibarət olan ailə başsız qaldı. 

Allahverdi Baxışlı Әbülfәz oğlu Cəmşid Naxçıvanski adına hərbi liseyin və Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbin məzunudur.

Xatırladaq ki, sentyabrın 27-də saat 10.25 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.

Düşmən tərəfindən atılan atəşdən Silahlı Qüvvələrimizin 1991-ci ildə Hacıqabul rayonunda anadan olan zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu döyüş postunda şəhid olub.

Allah rəhmət eləsin!




















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA