28-09-2014 [11:53]
Məlum olduğu kimi, bu ilin payızında ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Amma nədənsə, ölkədə seçki əhval-ruhiyyəsi hiss olunmur.
Siyasi partiyalar müəyyən seçki hazırlığı görsələr də, cəmiyyətdə hər hansı tərpəniş yoxdur. Ana Vətən Partiyası (AVP) Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı "Reytinq" qəzetinə müsahibəsində seçkiöncəsi vəziyyətlə yanaşı, digər məsələləri də şərh edib:
- Ölkədəki seçkiöncəsi
vəziyyəti normal dəyərləndirirəm. Seçki prosesinə hələ start verilmədiyi üçün,
indidən seçki aktivliyi barədə danışmaq və cəmiyyətin seçkilərə biganə
yanaşdığını söyləmək yanlış olardı. Bəzi siyasi partiyalar, həmçinin, Ana Vətən
Partiyası hələ bələdiyyə seçkilərinə xeyli müddət qalmış, yəni, aprel ayından
seçki prosesinə hazırlığa start verib. Artıq Ana Vətən Partiyası tərəfindən
bələdiyyəyə namizədliyi irəli sürüləcək şəxslərin müəyyən olunması işlərini
yekunlaşdırmaq üzrəyik. Dairə seçki komissiyalarında Ana Vətən Partiyasını
təmsil edəcək nümayəndələrin müəyyənləşməsi prosesi də yekunlaşmaq üzrədir. Seçki
zamanı məntəqə və dairə seçki komissiyalarında bizi təmsil edəcək
müşahidəçilərin siyahısının hazırlanması prosesi də başa çatmaqdadır. Yəni,
belə demək olar ki, seçkilərdə iştiraka xüsusi marağı olan siyasi partiyaların
daxilində bu proses gedir. Seçki prosesinə start verilmədiyinə görə, cəmiyyətdə
bu aktivlik öz əksini tapmır. Hər halda, seçki prosesinə start veriləndən sonra
cəmiyyətdə də aktivlik olacaq.
- Bildiyiniz kimi, bələdiyyə seçkilərində daha çox namizədə ehtiyac
olur. Ana Vətən Partiyası bütün
məntəqələr üzrə namizəd verə biləcək, yoxsa...
- Öncə onu nəzərə çatdırım ki, 2009-cu ildə keçirilən bələdiyyə
seçkilərinin nəticələrinə əsasən, Ana Vtən Partiyası hakim Yeni Azərbaycan
Partiyasından sonra bələdiyyə üzvlərinin sayına görə ikinci partiyadır. Yəni, öncəki seçkilərdə olduğu kimi, bu seçkilərdə də
kifayət qədər aktiv iştirak etməyi və bələdiyyələrə daha çox namizəd irəli
sürməyi nəzərdə tutmuşuq. Mənim fikrimcə, formalaşacaq 1500 bələdiyyənin
1000-dən öz namizədimizi irəli sürəcəyik.
- Namizədlərinizin qələbə çalmaq, bələdiyyə üzvü seçilmək potensialını
necə qiymətləndirirsiniz?
- Biz namizədlərin seçimi prosesinə kifayət qədər ciddi yanaşırıq. Sadəcə, say xətrinə namizəd irəli sürmürük. İrəli sürdüyümüz namizədlərin şəxsi keyfiyyətləri bizim üçün əhəmiyyət kəsb edir. Ona görə də namizədlərimizi seçər-kən onların əhali arasında, yaşadıqları bölgədə nüfuzunu mütləq nəzərə alırıq. Hesab edirəm ki, bu seçkilərdə də əvvəlki seçkilərdə olduğu kimi, Ana Vətən Partiyası uğurla çıxış edəcək və bələdiyyələrdə ən çox yer qazanan partiyalardan biri olacaq.
- Bəzən siyasi partiyaların seçkilərdə hər hansı ittifaqda birləşmə məsələsi ortaya çıxır, yaxud da əməkdaşlıq edirlər. AVP-nin budəfəki seçkilərdə hansısa siyasi qüvvə ilə əməkdaşlıq etmək niyyəti varmı?
- Ana Vətən Partiyası indiyə qədər keçirilən bütün bələdiyyə seçkilərində təkbaşına iştirak edib. Namizədlər irəli sürəndə də Ana Vətən Partiyasının üzvü olan, partiyaya rəğbət bəsləyən şəxslərin namizədliyini irəli sürmüşük. Təbii ki, seçki prosesləri zamanı bizim tərəfdaş olduğumuz partiyaların namizədlərinin qalib olmaq şansı daha yüksək olduğu zaman, yaxud onlara ciddi rəqabət yaratmamaq üçün müəyyən yerlərdə razılaşmalar ola bilər. Kimsə Ana Vətən Partiyasının üzvlərinin xeyrinə, yaxud bizim namizədlərdən kimsə hansısa dost partiya nümayəndələrinin xeyrinə namizədliklərini geri götürə bilərlər. Bu cür məsələlər istisna olunmur. Lakin bu da fərdi xarakter daşıyacaq.
Siyasi blok, yaxud hansısa bir ittifaq şəklində seçkidə iştirakımız gözlənilmir.
- Bir vaxtlar hakimiyyətyönlü partiyaların birliyi var idi, amma sonradan bu birlik dağıldı. Necə düşünürsünüz, hazırda hakimiyyətin siyasi kursunu dəstəkləyin partiyaların birliyinə ehtiyac varmı?
- Qeyd etdiyiniz həmin o bloklar, yəni, 1994-cü ildə yaradılan Mərkəzçi Siyasi Partiyaların Əlaqələndirmə Şurasının, eyni zamanda, 1997-ci ildə yaradılan Məşvərət Məclisinin təşəbbüsçüsü Ana Vətən Partiyası olmuşdur. Məhz, Ana Vətən Partiyasının təşəbbüsü nəticəsində indiki iqtidarı dəstəkləyən partiyalar bu bloklar ətrafında birləşmiş və ölkənin hazırkı rəhbərliyinin yürütdüyü siyasi kursun müdafiəsinə qalxmışdılar. İndiki siyasi şəraitdə hakimiyyətyönlü partiyalardan ibarət blokun yaradılmasına ehtiyac yoxdur. Ancaq zaman-zaman belə ittifaqlar yaradıla bilər.
Prezident seçkilərində hazırkı Prezident cənab İlham Əliyevin namizədliyini
irəli sürüb müdafiə etmişik. Bu da blok şəklində seçkilərdə iştirakın bir
forması kimi qəbul oluna bilər. Ancaq bu gün hansısa blok yaradılması üçün
siyasi zəmin görmürəm.
- Elçin müəllim, son bir neçə ildə AVP-nin rəhbərlik vitrinində
dəyişikliklər oldu, kimlərsə getdi, yeni simalar gəldi. Siz də gənc nəslin nümayəndəsi kimi rəhbərlikdə daha
yüksək pilləyə qalxdınız. Partiya işində AVP sədri və atanız Fəzail Ağamalı ilə
aranızda hər hansı fikir ayrılığı olurmu?
- Qeyd edim ki, Ana Vətən Partiyasında böyük kadr potensialı var. Zaman-zaman Ana Vətən Partiyasının siyasi elitasında təmsil olunan şəxslər biri digərini əvəz edib.
Mənə gəldikdə, 1990-cı ildən Ana Vətən Partiyasının üzvüyəm. Dövlət qulluğunda
olduğum 7 ilin xaricində, ötən 17 il ərzində partiyada fəal siyasətlə məşğul
olmuşam. Bu dövr ərzində partiyada müxtəlif vəzifələrdə təmsil olunmuşam.
Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri, Təşkilati məsələlər üzrə katib,
Beynəlxalq məsələlər üzrə sədr müavini vəzifələrində çalışmışam. Partiyada nə
zaman, hansı vəzifə etimad göstərilibsə, onun öhdəsindən gəlməyə və üzərimə
düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışmışam. Təbii ki, bu gün də
Mərkəzi Aparatın rəhbəri kimi üzərimə düşən vəzifəni icra edirəm.
Partiya fəaliyyətinin qurulması ilə bağlı Fəzail müəllimlə digər partiya funksionerləri arasında heç bir fikir ayrılığı yoxdur. Fəzail müəllimin rəhbərliyi altında, onun tapşırıq və göstərişləri əsasında partiya işinin qurulması ilə bağlı fəaliyyətimizi həyata keçiririk.
- Mən, partiyadaxili demokratiyanı, fikir prülarizmini nəzərdə tuturam?
- Təbii ki, hər hansı məsələ müzakirə olunarkən partiyanın rəhbərliyində təmsil
olunan şəxslərin hamısı öz fikrini ifadə etmək azadlığına malikdir. Ona görə də
hər kəs öz fikrini ifadə edir və ümumi fikirlərə nəzərən ortaq məxrəcə gəlinir.
Yəni, qərarlar partiyadaxili demokratiya şəraitində verilir.
- Qarşıdan 2015-ci il parlament seçkiləri gəlir. Seçkiyə çox qalsa da, hər halda, indidən müəyyən
planlar olmalıdır. Növbəti parlament seçkiləri ilə bağlı hər hansı planınız
varmı?
- Qeyd etdiyiniz kimi, növbəti parlament seçkilərinə hələ çox vaxt var. Ona görə də indidən parlament seçkiləri haqqında hər
hansı fikir yürütmək yanlış olardı. Zamanı gələndə Ana Vətən Partiyasının
parlament seçkilərində hansı formada iştirakı ilə bağlı qərarlar qəbul
olunacaq, namizədlər irəli sürüləcək. Ancaq hesab edirəm ki, bu gün bu barədə
danışmaq tezdir.
- Özünüzün seçkiyə qatılmaq niyyətiniz var?
- Bunu da zaman göstərəcək.
- Ən azından deputat olmaq iddiasındasınızmı?
- Siyasi fəaliyyətlə məşğul olduğuma görə, təbii ki, müəyyən siyasi
iddialarım var. Ancaq hər şeyi zaman
göstərər. Gəlin tələsməyək, parlament seçkiləri ərəfəsində bütün məsələlər
aydınlaşacaq, o zaman hər kəs hansı addımları atacağımızı görəcək. Düşünürəm
ki, seçkiyə bir ildən çox vaxt qaldığı məqamda bu barədə danışmaq yanlışdır.
- Son bir neçə dönəmdə AVP Milli Məclisdə iki deputatla təmsil olunurdu.
Ən azından, həmin kvotanı tuta biləcəksinizmi?
- Bir qədər öncə qeyd etdiyim kimi, Ana Vətən Partiyasında böyük kadr potensialı var. Xüsusən də son dövrlər partiya sıralarına yüksək intellektə malik olan gənclər qoşulmaqdadır. Onlar öz potensiallarını partiya işində göstərirlər. Hesab edirəm ki, növbəti parlament seçkilərində də əvvəlki uğurlarımızı təkrar etməyə nail olacağıq.
- Elçin müəllim, qarşıdan gələn seçkilərdə müxalifətin şansını necə dəyərləndirirsiniz?
- İndiki müxalifətin hakimiyyət uğrunda imkanlarını çox aşağı dəyərləndirirəm. Müxalifətin eyni söz və fikirləri ifadə etməsi, dəyişməyən rəhbərliyi, cəmiyyətə ancaq pessimist fikirləri aşılamaları onların mübarizə imkanlarını xeyli daraldır. Eyni zamanda, cənab İlham Əliyevin uğuru, daxili və xarici siyasəti, inkişaf edən iqtisadiyyatımız xalqımız tərəfindən ölkə başçısının tam dəstəklənməsini təmin edir.
- Ümumiyyətlə, müxalifətin hakimiyyətlə rəqabət aparmaq imkanını necə qiymətləndirirsiniz?
- Bu günə kimi müşahidə etdiklərimiz göstərib ki, Azərbaycan müxalifəti çox
zəifdir, siyasi cəhətdən tükənib və məhdud saylı sosial bazaya malikdir. Hesab edirəm ki, qarşıdan gələn seçkidə əvvəlki
seçkilərdə olduğu kimi, müxalifət tam məğlubiyyətə məhkumdur.
reytinqinfo.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi