Samux rayon Heydər Əliyev Mərkəzində “Parlaq Düşüncə” Uşaq İnkişaf Mərkəzi yaradıldı (FOTO)

img

27-09-2014 [16:24]


Samux rayon İcra Hakimiyyətinin dəstəyi ilə Samux rayon Heydər Əliyev Mərkəzində "Parlaq Düşüncə" Uşaq İnkişaf Mərkəzi yaradılıb.

Mia.az-a mərkəzdən verilən məlumata görə, mərkəzin yaradılmasında əsas məqsəd  Samux rayonunda istedadlı uşaqları üzə çıxarmaq, onlara yeni bacarıqlar aşılamaq, liderlik qabiliyyətləri formalaşdırmaq və onları ictimaiyyətə tanıtmaqdır.

 Məlumatda o da bildirilib ki, sentyabrın 26-da "Parlaq Düşüncə” Uşaq İnkişaf Mərkəzinin təqdimat mərasimi keçirilib.

Təqdimat Mərasimində  rayonun  Samux şəhəri 1, 2 və 3 saylı, Sərkar, Çobanabdallı, Qarayeri və digər kənd və qəsəbələrində fəaliyyət göstərən uşaq baxçalarının rəhbər və kollektivləri,  "Pendik” Uşaq  İnkişaf Mərkəzinin rəqs komandası, digər qonaqlar və uşaqlar iştirak ediblər.

Tədbirin rəsmi hissəsində  Samux rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə, Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Nümayəndəliyinin İdarə Heyətinin  Rəhbəri Aynurə Abdullayeva, "Parlaq Düşüncə” Uşaq İnkişaf Mərkəzinin Rəhbəri Xəzanə Orucova, "Pendik” Elitar Uşaq İnkişaf Mərkəzinin nümayəndəsi  Elza Məmmədli  çıxış edərək, mərkəzin perspektiv və məqsədi haqda söz açıblar.

Tədbirin bədii - əyləncəli hissəsində isə uşaq bağçalarının istedadlı rəqs qrupları rəngarəng çıxışlar ediblər.

Tədbirin sonunda uşaqlar "Parlaq Düşüncə” Uşaq İnkişaf Mərkəzinin loqosu ilə bəzənmiş tortu kəsiblər.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA