İcra başçısı camaatla görüşdü, dinlədi və həll etdi - FOTOLAR

img

27-09-2014 [14:09]


26 sentyabr 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Ələt qəsəbə sakinləri ilə növbəti səyyar görüşünü keçirib.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbula gələn qəsəbə sakinlərindən 15 nəfəri fərdi qaydada dinlənildi. Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışıblar. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verdi. Qəsəbə ərazisində müxtəlif diametrli 1300 metrlik su xətti yenisi ilə əvəz olunub və Şıxlar yaşayış massinə 450 p/metr uzunluğunda yeni su xətti çəkilib, qəsəbə ərazisində 400-ə yaxın müxtəlif ağac və kollar əkilib. Hal-hazırda 3-cü və 4-cü massivlərdə yeni qaz xətti çəkilişi işləri və mini futbol meydançasının və idman zalının tikintisi davam etdirilir. Qəsəbə ərazisində yanğından mühafizə bölməsinin tikinti işləri yekunlaşmış son tamamlama işləri davam etdirilir. K.Məmmədov küçəsində yerləşən 2, 15, 16 saylı beş mərtəbəli yaşayış binaların dam örtüyü təmir olunub. 

Daha sonra sakinlərə Azərbaycan Respublikası Prezidentinin imzaladığı "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən yaxın vaxtlarda görüləcək işlər barəsində danışıb.













Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA