26-09-2014 [21:30]
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Gürcüstan Demokratiya Təşəbbüslərinin təşkilatçılığı ilə reallaşan "Şərq tərəfdaşlığı ölkələri ərazisində işağl olunmuş ərazilərə qanunsuz səfərlər" adlı konfransda müzakirələr davam edir.
Şuradan Mia.az-a verilən məlumata görə, konfrans Dağlıq Qarabağ,
Cənubi Osetiya və Abxaziyaya, habelə Dnestryanı bölgəyə edilən qanunsuz
səfərlərə həsr olunub. Tədbirdə çıxış edənlər münaqişələrin ictimai müzakirələrə
çıxarılmadığını, onlara siyasi qiymət verilmədiyini, beynəlxalq hüququn prinsip
və normalarının tətbiq edilmədiyini bildiriblər.
Müzakirələrdə səslənən fikirlərlə bağlı Şura sədri Azay Quliyev yenidən çıxış edib. Azay Quliyev əvvəlcə Azərbaycan tərəfinin işğal olunmuş ərazilərlə bağlı qanun qəbul etməməsi məsələsinə toxunub. Şura sədri bildirib ki, Azərbaycan Konstitusiyasında və digər qanunlarda Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını özündə əks etdirən xüsusi müddəlar var. Bundan başqa indiyədək Azərbaycanın ərazisinin işğal faktını təsdiq edən kifayət qədər beynəlxlalq sənədlər və qətnamələr qəbul edilib. "Yəni bu baxımdan işğal haqqında xüsusi qanunun qəbuluna ciddi ehtiyac yoxdur. Sadəcə müstəqil dövlətin qanunlarını, beynəlxalq hüququn norma və prinsiplərini və BMT TŞ tərəfindən qəbul olunan qətnamələri əsas götürərək işğalçı ordunun zəpt etdiyi ərazilərdən çəkilməsini tələb etmək lazımdır. Bu şərt yerinə yetirilməlidir”.
Azay Quliyevin toxunduğu ikinci məsələ münqaişənin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun formatı və fəaliyyəti haqda olub. Şura sədri Minsk Qrupunun fəaliyyətinin tənqid edərək bildirib ki, BMT-nin mandatı əsasında yaradılan bu missiya konkret nəticəyə nail olmayıb: "Sadəcə Ermənistanı beynəlxalq hüququn tələblərini yerinə yetirməyə çağırmaq və onu buna məcbur etmək lazımdır”.
Millət vəkili ATƏT PA-nın Sərhəd Məsələləri üzrə xüsusi nümayəndəsi, İspaniya parlamentinin üzvü İqnasio Sançes Amorun çıxışına da toxunub. O, ATƏT təmsilçisini Azərbaycan - Ermənistan sərhəddini monitorinq etmək üçün ölkəmizə dəvət edib. Şura sədri bildirib ki, əslində işğalçılıq siyasəti nəticəsində Ermənistanla təkcə sərhəd deyil, həmdə qoşunların təmas xətti var: "Sizi Azərbaycana dəvət edirəm. Gürcüstanda olduğu kimi, Azərbaycanda da situasiya ilə özünüz tanış olun, vəziyyətin necə olduğuna şahid olun”- deyə millət vəkili fikirlərini tamamlayıb.
Qeyd edək ki, tədbirdə Gürcüstanın Barış və Bərabərlik məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Avropa İttifaqının Gürcüstandakı səfirinin müavini Boris Yaroşeviç, Gürcüstan parlamentinin deputatı Giorgi Tsereteli və parlamentin ərazi bütövlüyü komitəsinin sədri Georgi Volski çıxış ediblər. Bundan başqa konfransda BMT, ATƏT və Avropa İttifaqının təmsilçiləri, diplomatik korpusun nümayəndələri, beynəlxalq ekspertlər, Azərbaycan, Gürcüstan və Moldovanın dövlət orqanlarının, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak edirlər.
Tədbirdə çıxış edənlər, münaqişələrin ictimai müzakirələrə çıxarılmadığını və onlara siyasi qiymət verilmədiyini bildiriblər.Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi