Füzuli Ələkbərovun yaxın qohumuna vəzifə verildi-foto

img

26-09-2014 [17:54]


Dövlət Əmək Müfəttişliyi Xidmətinin keçmiş rəis müavini Rauf Tağıyev vəzifəyə gətirilib. MİA aznews.az-a istinadən xəbər verir ki, uzun müddətdir ki, işsiz qalan keçmiş müdir müavininə "Azərsu” ASC-də Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin müdiri vəzifəsi verilib.


Qeyd edək ki, Rauf Tağıyev keçmiş Əmək və Əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun yaxın qohumudur.

Səlim Müslümov Füzuli Ələkbərovun nazir postuna təyin olunandan sonra Rauf Tağıyev də vəzifəsindən vidalaşmışdı.

Onu da bildirək ki, R. Tağıyev işdən çıxarıldıqdan sonra Dövlət Universitetində müəllim kimi çalışırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA