Həsən Kərimov hakimiyyətdən 7500 avro uddu-Avropa Məhkəməsində

img

26-09-2014 [16:46]


Həsən Kərimov 2005-ci il parlament seçkiləri ilə bağlı Avropa Məhkəməsində Azərbaycan hakimiyyətini udub.

"Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, məhkəmə işi H.Kərimovun 2005-ci il parlament seçkilərində iştirakı və hüquqlarının pozulması ilə bağlı olub. Məhkəmə səsvermə zamanı saxtakarlıqların olduğuna qərar verib. Qətnaməyə görə, hökumət Həsən Kərimova vurulan mənəvi ziyana görə 7500 avro ödəməlidir. Əlavə xərclərə görə isə 2544 avro sərf ediləcək.
H.Kərimov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, onun Avropa Məhkəməsində iki işi var: "Özüm dəqiq hansını udduğumu bilmirəm. Vəkilim də İnqtiqam Əliyevdir, o da Kürdəxanıdadır. Ona görə məlumat ala bilməmişəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA