Nazirdən sərt addım; İki turizm obyektinin lisenziyası dayandırılıb

img

26-09-2014 [14:57]


"İki turizm obyektinin lisenziyası dayandırılıb, iki müəssisə haqqında hüquq-mühafizə orqanlarına müraciət edilib”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazirin sözlərinə görə, yayda keçirilən monitorinqlər zamanı bəzi turizm obyektlərində müştərilərə səviyyəli xidmət göstərilmədiyi aşkar olunub: "Bir neçə turizm obyektində sanitar-gigiyenik qaydalara riayət edilmirdi, ona görə də biz həmin obyektlərin sənədlərini Səhiyyə Nazirliyinə təqdim etmişik”.
Nazir əlavə edib ki, turizm müəssisələrində növbəti monitorinqlər oktyabr-noyabr aylarında keçiriləcək: "Biz turizmin inkişafı üçün bu sahədə fəaliyyət göstərən təşkilatlara kömək etmək istəyirik, onlara məsləhətlər veririk. Amma bəziləri bizim tövsiyələrimizi ciddi qəbul etmirlər. Ona görə də etiraf etməliyik ki, hər yerdə bizim istədiyimiz vəziyyət yoxdur. Hansı müəssisələr insanlara qaydalara uyğun xidmət etməyəcəklərsə, bizim onlarla mübarizəmiz davam edəcək ki, hər yerdə yüksək səviyyəli xidmətə nail olaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA