İcra başçısının tutdurduğu QHT sədri azadlıqda!

img

26-09-2014 [14:11]


Hüquq müdafiəçisi, "Demokratiya Yardım” İctimai Birliyinin rəhbəri Emil Məmmədov azadlığa buraxılıb.

Bu barədə Oktay Gülalıyev məlumat yayıb. Onun sözlərinə görə, hüquq müdafiəçisi, artıq azadlıqdadır:

"Həbsdə olan siyasi məhbusların sayının biri azaldı. İnanıram ki, bu xəbər digər siyasi məhbusların azadlıq müjdəsi olacaq. Qoy Emil bəyin azadlığa çıxması həbsdə olan digər dostlarımız üçün sonun başlanğıcı olsun. Az öncə özü ilə danışdım. Hamıya salamları var".

Qeyd edək ki, bu ilin may ayında Salyan rayon Məhkəməsi hüquq müdafiəçisi Emil Məmmədov haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçmişdi. O,bir neçə vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunurdu.

Lakin Emil Məmmədov və ailəsi həbsin icra başçısı Tahir Kərimovun oyunu olduğunu deyərək, QHT rəhbərinin şərləndiyini bəyan edirdi. Hətta onların bu yöndə bir neçə müraciəti də Mia.az-da yayımlanmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA