26-09-2014 [10:18]
Nazirlər Kabineti "Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nı təsdiq edib.
Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb edilən obyektlərin sırasına çox çoxmərtəbəli yaşayış binaları, körpü, avtomobil yolları, elektrik stansiyaları, aeroportlar, magistral boru kəmərləri, hidrotexniki qurğular, metro və tunellər, dəmir yolları, qapalı idman qurğuları, konsert və sərgi salonları, mərasim zalları, kinoteatr və teatrlar mürəkkəb və müasir texnologiyalı, iri sənaye və digər obyektlər daxildir.
Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”na tikintiyə icazə, xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar, tikinti obyektinin ünvanı haqqında arayış, liftlərin istismara qəbulu aktı, kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin arayışı, obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış, obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə), obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt, tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı), sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri daxil edilib. Eyni zamanda tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısında tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı və sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı da yer almalıdır.
Qərara əsasən körpülərin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən körpünün yük altında sınaq aktı, avtomobil yolları üzrə yolun istismara hazırlığı haqqında Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin aktı, elektrik stansiyaları üzrə stansiyanın tam gücü ilə işləməsinə dair sınaq aktı, yerləbirləşdirmə və ildırımötürücünün sınaq aktı, elektrik stansiyalarının ətraf mühitə təsirinin yoxlanılması aktı, maşın zallarında səs-küyün normaya uyğunluq aktı. aeroportlar (hava limanları) üzrə, uçuş-enmə zolağının yoxlanılması aktı, Dövlət Mülki Aviasiya Administrasiyasından uçuşlara icazə sənədi, uçuş-enmə zolağının işıqlandırılmasının normalara uyğunluq aktı, uçuş-enmə zolağından atmosfer sularının kənarlaşdırılmasının təmin edilməsi ilə əlaqədar yerinə yetirilmiş işlər haqqında akt, dispetçer avadanlıqlarının istismara yararlılıq aktı, magistral boru kəmərləri üzrə boruların təyinatı üzrə doldurulması və onların sınaq aktı, boru kəmərlərinin korroziyaya və aşınmaya qarşı mühafizə olunması aktı, hidrotexniki qurğular üzrə su doldurulduqdan sonra bəndin susızması haqqında müayinə aktı, su anbarlarındakı şlüzlərin yük altında sınaq aktı, metro və tunellər üzrə mənziltunellərinin qabaritlərinin yoxlanılması aktı, havalandırma sisteminin effektivliyinin yoxlanılması aktı, metro və kontakt relslərinin yük altında sınaq aktı, eskalatorların istismara qəbul aktı, sınaq qatarının yola buraxılması, yolun və yol elementlərinin sınaqdan keçirilməsi aktı əlavə edilməlidir. O cümlədən dəmir yolları üzrə mənziltunellərinin qabaritlərinin yoxlanılması aktı, relslərin yük altında sınaq aktı. sınaq qatarının yola buraxılması, yolun və yol elementlərinin sınaqdan keçirilməsi aktı, qapalı idman qurğuları, konsert və sərgi salonları, mərasim zalları, kinoteatr və teatrlar üzrə quraşdırılmış səs, işıq, havalandırma, müşahidə və digər sistemlərin sınaq aktları, aşırım konstruksiyalarının keyfiyyət sertifikatları və sınaq aktları, asma konstruksiyaların yük altında sınaq aktı, quraşdırılmış avadanlıqların, havalandırma, kondisionerləşdirmə və toztutma sistemlərinin sınaq aktları, mürəkkəb və müasir texnologiyalı, iri sənaye və digər obyektlər üzrə obyektin təyinatı, istismarı və yeni tətbiq olunmuş elmi-texniki nailiyyətlərin son texnologiyasına uyğun olaraq quraşdırılmış avadanlıq və texnoloji proseslərin sınaq aktları müraciətlərə əlavə edilməlidir.
Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən yardımçı tikililər üçün icazə tələb olunmur. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı isə məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi