Gürcüstanda azərbaycanlı məktəb direktoruna vəzifə verildi

img

26-09-2014 [01:10]


Marneulidə daha bir təyinat olub.  Gürcüstan bürosunun məlumatına görə, 3 saylı azərbaycandilli orta məktəbin direktoru Ruslan Hacıyev Marneuli Təhsil Resursları Mərkəzinin rəhbəri təyin olunub.                                                                                               

Ruslan Alı oğlu Hacıyev 1978-ci il yanvarın 1-də Marneuli rayonunun Əzizkənd kəndində anadan olub. 1994-cü ildə Alget üzümçülük sovxoz kəndində rus orta məktəbini bitirib. 1999-cu ildə  İ. Cavaxişvili adına Universitetin hüquq fakültəsinin magistraturasını bitirib.

2001-2002-ci illərdə Marneuli rayon İcra Hakimiyyətində sosial məsələlər idarəsində mütəxəssis kimi çalışıb. Sonra icra hakimiyyətində hüquq şöbəsinin müdiri təyin edilib. 2006-2011-ci illərdə müxtəlif şirkətlərdə Kvemo Kartli üzrə bölgə rəhbəri vəzifəsində çalışıb. 2011-2012-ci illərdə  Marneuli şəhər 2 saylı orta məktəbin, sonra 2014-cü ilin sentyabr ayınadək Marneuli 3 saylı orta məktəbin direktoru vəzifəsində işləyib. Bu ilin sentyabr ayından Marneuli Təhsil Resursları Mərkəzinin rəhbəri təyin olunub.

Ailəlidir, iki övladı var.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA