Mer Heydər Əliyev Mərkəzində - FOTOLAR

img

26-09-2014 [09:19]


Moskva şəhərinin meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 25-də Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində olub. 

Sergey Sobyaninə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Moskva merində böyük maraq doğurub.  Qonaqlar Mərkəzdə "Azərbaycan inciləri” sərgisi ilə də tanış olublar. Nümayəndə heyətinin üzvləri Mərkəzin "Auditorium” zalına da baxıblar. 

Moskvanın meri Sergey Sobyanin Mərkəzin Xatirə kitabına ürək sözlərini yazıb. 

Sonda Heydər Əliyev Mərkəzi tərəfindən qonağa hədiyyə təqdim olunub. 

Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyəti daha sonra Dövlət Bayrağı Meydanında olub. Qonaqlara dünyada ən hündür bayraq dirəklərindən birinin yerləşdiyi meydan haqqında məlumat verilib. Nümayəndə heyətinin üzvləri Azərbaycan prezidentinin təşəbbüsü ilə yaradılmış Dövlət Bayrağı Muzeyi və oradakı nadir eksponatlarla da tanış olublar.   

Moskva merinə xatirə hədiyyələri təqdim edilib(AzerTac).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA