25-09-2014 [22:51]
Silahlı Qüvvələrin tibb xidmətinin və Səhiyyə Nazirliyi mütəxəssislərinin iştirakı ilə Azərbaycanda hərbi səfərbərlik istiqamətində ilk dəfə regional hərbi tibbi təlim toplanışı keçirilib.
Müdafiə Nazirliyinin məbuat xidmətindən bildiriblər ki, bu günlərdə ölkənin qərb bölgəsində Silahlı Qüvvələrin birləşmə və hissələrinin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə keçirilən genişmiqyaslı hərbi təlimlərə müxtəlif ixtisaslı hərbi vəzifəlilərlə yanaşı, Səhiyyə Naziriliyinin müalicə müəssisələrində çalışan həkimlər, cərrahlar, anestezioloqlar və cərrahi briqadaların əməliyyat tibb bacıları da səfərbər ediliblər.
Təlim toplantısında Silahlı Qüvvələrin tibb xidmətinin, hərbi tibb fakültəsinin zabitləri və Səhiyyə Nazirliyinin mütəxəssisləri istirak ediblər. Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi qayğının nəticəsi olaraq, Silahlı Qüvvələrdə müasir tələblərə cavab verən, yeni avadanlıqlarla təchiz edilmiş hospitallar, poliklinikalar, tibb məntəqələri istifadəyə verilib, müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulmuş mobil səhra hospitalları yaradılıb, yaralıların təxliyyəsi üçün ən müasir sanitar helikopterlər və reani-mobillər istifadəyə verilib.
Qeyd edilib ki, müdafiə nazirinin təsdiq etdiyi plana əsasən keçirilən tədbir hərbi və mülki tibb müəssisələrinin hərbi münaqişə zamanı fəaliyyətlərinin düzgün əlaqələndirilməsinə yardımçı olacaq.
Bildirilib ki, Silahlı Qüvvələrdə hərbi səfərbərlik istiqamətində ilk dəfə keçirilən regional hərbi tibbi təlim toplanışının keçirilməsinin məqsədi mülki səhiyyə ocaqlarında çalışan mütəxəssisləri ekstremal səraitdə tibbi fəaliyyətin iş prinsipləri və xüsusiyyətləri ilə tanış etmək, onlara hərbi şəraitdə işləmək xüsusiyyətlərini aşılamaqdan ibarətdir.
Tədbirdə bunun bir başlanğıc olduğu, digər bölgələrdə də belə təlim toplanışların təşkil olunacağı açıqlanıb.
Təlim toplantısında "Hərbi travmalar zamanı cərrahi yardımın təşkili, odlu silah yaralanmalarının müalicəvi xüsusiyyətləri, hərbi travmaların müalicəsində müasir yanaşmalar”, "Hərbi travmalar zamanı anestezioloji-reanimasion yardımın təşkili və göstərilməsi xüsusiyyətləri”, eləcə də maraqlı və aktuallığı ilə seçilən digər mövzularda məruzələr dinlənilib(Trend).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi